Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
E.ə. 46-cı ildə Roma imperayoru Yuli Sezar təqvimdəki qarışıqlığı aradan qaldırmağı tapşırır. O zamana qədər il 365 ğün 6 saat hesablanırmış. Misirli astroloq Sosiginesin hesablanması ilə ilin 365 gün çəkməsi, hər ildən qalan 6 saatın isə təqvimə 4 ildən bir əlavə olunması qərara alınır.
Beləliklə,il dörd ildən bir 366 gün çəkir. 366 gün 12 bərabər hissəyə bölünmədiyi üçün 6 ay 30 gün, 6 ay isə 31 gün müəyyən edilir. Sezarın əmri ilə 365 gün çəkən illərin son aylarından 1 gün çıxılır.O zaman ilin son ayı fevral olduğundan bu ay 4 ildən bir 30,digər illərdə isə 29 hesablanır. Sezar başqa bir əmri ilə aylardan birinə- iyul ayına öz adını verir.
Sonradan imperator Oktavian Avqust da növbəti aya (avqust) öz adını verir və o,avqustun iyuldan 1 gün az çəkməsini şəninə sığışdırmadığından fevraldan 1 günü kəsib,avqusta calayır. O zamandan hər fevral ayı 4 ildən bir 29 gün,qalan illərdə isə 28 gün çəkir. 29 fevral 28 ildən bir bazar gününə düşür və bu fevralın 5-ci bazarı olur.
Hazırda Azərbaycan da daxil olmaqla,dünyanın əksər ölkələrində əsas təqvim kimi istifadə edilən Qriqorian təqvimində də belədir. Amma nömrəsi iki sıfırla qurtaran illər 400-ə bölünmürsə,həmin illərdə fevral ayı 28 gün olur. Nömrəsi iki sıfırla qurtaran illər istisna edilməklə,4 oktyabr 1582 tarixdən sonrakı hər hansı ilin nömrəsi 4-ə qalıqsız bölünürsə, həmin ildə fevrl ayı 29 gündən ibarət olur.
29 fevralın özəlliyi o idi ki,məhz bu günü qadın sevdiyi kişiyə evlilik təklif edə bilərdi. Bu adət-ənənə ilk dəfə 5-ci əsrdə İrlandiyada yaranıb. Rəsmləşməsi isə 13-cü əsrdə Şotlandiyada xüsusi qanunun qəbuluna təsadüf edir. 18-ci əsrə qədər fevralın 29-u bir çox ölkələrdə qəbul edilmirdi. Təqvimdə fevralın 29-u olsa da,hüquqi cəhətdən rəsmi gün sayılmırdı. Həmin gün müqavilələr bağlanmır,borc verilmir, ödənişlər aparılmırdı. Çünki bu tip işlərin məhkəmədə baxılmasında problem ortaya çıxırdı.
Fevralın 29-da doğulan adamlar doğum günlərini 4 ildən bir qeyd edirlər.
Hazırda statiskaya görə 4 milyon insan doğum gününü fevralın 29-da qeyd etməli olur.
“Ədəbiyyat və incəsənət”
(17.06.2026)


