16 İYUN DÜNYANIN ƏH MƏŞHUR KOUÇUNUN DOĞUM GÜNÜDÜR
Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycanda ən çox oxunan kouç Robin Şarmadır, gənclər onun təlimini su kimi içir, karyera yüksəlişində ondan bəhrələnirlər. Bu gün Şimali Amerikanın və dünyanın şəxsiyyətin inkişafı, motivasiya və liderlik sahəsi üzrə ən tanınmış siması Robin Şarmanın doğum günüdür.
O, 1965-ci ilin 16 iyununda Yeni Şotlandiyada - Kanadada anadan olmuşdur. Hüquq sahəsi üzrə doktorluq dərəcəsi alsa da, maddi yetərsizlikdən dolayı təhsilinə davam edə bilməmişdir. Buna baxmayarq o, dünyanın, şərq müdrikliyi və qərb texnologiyası və çalışqanlığı ilə sintezini yaradaraq dünyaya təqdim edən nadir insanlardan birisinə çevrilmişdir.
Onun nitqləri "USA Today", "National Post" və "The Globe and mail" kimi bir çox nüfuzlu dünya KİV-lərində yer almışdır. Ən sevdiyi kitab Paulo Keolyo – Əl-Kimyagərdir. Triatlon və Taekvondo kimi idman növləri ilə məşğul olur. Dağ turizmini çox sevir. "Robin Şarma Uşaq Fondu" kasıb ailələrin uşaqlarına təhsil almaları üçün yardımlar edir.
Ən məşhur kitabları
- Superhəyat! 30 günlük həqiqi həyata səyahət
- Ferrarisini satmış rahib
- Sən öləndə kim ağlayacaq
- Titulsuz lider
- Gündəlik ilham
Robin Şarmanın əsərlərində toxunduğu əsas fəlsəfə budur: Daxili dincliyinizi və potensialınızı kəşf etmək, gündəlik kiçik addımlarla böyük nəticələr əldə etmə.
Xəyallar haqqında: "Başqalarının cəsarət etmədikləri xəyalları qurmaqdan qorxmayın. Uğurun sərhədləri sizin təsəvvürünüzün bitdiyi yerdə başlayır."
Zaman və məqsəd: "Zamanınızı necə xərclədiyiniz, həyatınızı necə yaşayacağınızı müəyyən edir."
Münasibət: "Həyatınıza daxil olan hər kəs bir müəllimdir. Onların bəziləri sizi sınayacaq, bəziləri sizə dərs verəcək, bəziləri isə ən yaxşı tərəflərinizi üzə çıxaracaq."
Liderlik: "Liderlik vəzifə deyil, hərəkətdir. Titulunuz olmasa belə, olduğunuz yerdə lider ola bilərsiniz."
Uğurun sirri: "Uğurun ən böyük sirri - davamlı, məqsədyönlü və sarsılmaz əzmdir."
Özünə dəyər vermək: "Öz qayğına qalmırsansa, başqasının qayğısına necə qalacaqsan? Özünü pis hiss edirsənsə, başqalarına necə yaxşılıq edəcəksən?"
Dəyişiklik: "Hər bir böyük dəyişiklik əvvəlcə çətin, ortada qarışıq, sonda isə möhtəşəmdir."
“Ədəbiyyat və incəsənət”
(16.06.2026)


