“Maraqlı söhbətlər”də Alfred Nobelin ölümü Featured

Nemət Tahir,

 “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Alfred Nobel həyatda ikən ölümündən xəbər tutan nadir şəxs olub.

Alfred dinamiti ilk olaraq ixtira edir. Bu hadisədən xeyli sonra qardaşı Lüdovik dünyasını dəyişir.

 

Kütləvi informasiya vasitələri isə səhvən Lüdovikin yox, Nobelin dünyasını dəyişdiyi barədə məlumat verir. Qəzetlər birinci səhifədə iri sərlövhələrlə belə bir məlumat dərc edirlər:"MİNLƏRLƏ İNSANIN ÖLÜMÜNƏ SƏBƏB OLAN DİNAMİTİN İXTİRAÇISI NOBEL DÜNYASINI DƏYİŞDİ.”

Nobel bunu oxuyub çox təsirlənir, özlüyündə düşünür: "Ölümümdən sonra başqalarının məni belə yad edəcəyi heç ürəkaçan deyil!”

Məhz bu, Alfredi vəsiyyətnamə tərtib etməyə sövq edir. Vəsiyyətnaməyə görə, onun 31 milyon İsveç kronluq bütün sərvəti (həmin dövrdə bu, nəhəng pul idi) etibarlı bir banka yerləşdirilməli idi. Bir şərtlə ki, sərmayələrdən əldə olunan gəlirlər fonda məxsus olmalıdır və hər il bəşəriyyətə ən çox fayda gətirəcək şəxslərə bonuslar şəklində paylanmalıdır. O, vəsiyyətnaməsində:"Ölümümdən sonra mənim varidatım sülh və sülhün bərqərar olmasına sərf olunsun” cümləsini də əlavə edir.

O vaxtdan Nobel dinamit ixtiraçısı kimi deyil, “Nobel sülh mükafatı”nın banisi kimi tanınır.

Qeyd edək ki, Nobel mükafatının məbləği təxminən 1,05-1,1 milyon dollar təşkil edir və mükafat ənənəvi olaraq 6 sahə üzrə təqdim olunur: fizika, kimya, fiziologiya və ya tibb, ədəbiyyat, sülh və iqtisadiyyat. İqtisadiyyat sahəsi üzrə mükafat isə Alfred Nobelin vəsiyyəti ilə deyil, İsveç Bankı tərəfindən 1968-ci ildə əlavə edilib.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.