Varisin “Metamarfoz”u Tunisdə keçiriləcək 40-cı kitab sərgisində nümayiş olunacaq Featured

Dünya Yazıçılar Təşkilatı (WOW) eyniadlı nəşriyyatı ilə qürurla Tunisdə keçiriləcək 40-cı Beynəlxalq kitab sərgisində dünyanın 9 ölkəsindən müasir poeziya və nəsrin seçkin kolleksiyasını təqdim edəcək. Stendi Dünya Yazıçılar Təşkilatının (WOW) prezidenti Marqarita Al və WOW Media group-un vitse-prezidenti Aşraf Dali açacaq və kitabları təqdim edəcəklər.

 

“Ədəbiyyat və incəsənət” portalı təşkilatın rəsmi satyının yazdığına görə diqqət mərkəzində — artıq yenilikçilik, dərinlik və həqiqi yaradıcı gücün simvoluna çevrilmiş Dünya Ədəbiyyat Mükafatının (WOW) laureatları olacaqlar:

 

Konstantin Kedrov (Rusiya)
Olcas Süleymenov (Qazaxıstan)
Varis Yolçu (Azərbaycan)
Aşraf Dali (Misir)
Tuğrul Tanyol (Türkiyə)
Vale Okediran (Nigeriya)
Aleksandra Oçirova (Rusiya)
Adel Khozam (BƏƏ)
Danilo Jose Urtecho Lacayo (Nikaraqua)
Mamta Sagar (Hindistan).

 

Qeyd edək ki, sərgidə həmyerlimizin – yazıçı Varisin nümayiş etdiriləcək kitabı “Metamorfoz” olacaq. Yazıçıya BMT-nin patronajlığı altında keçirilən Avrasiya Materikinin III LiFFT Festivallar Festivalının qızıl medalını qazandıran, London mükafatının (London Prize) şort-listinə düşən bu roman əvvəlcədən bir-birini tanımayan bir neçə həyatdan küskün insanın təsadüfən 31 dekabr günü gecə küçədə qalması və polis post-patrulu tərəfindən şübhəli şəxslər kimi saxlanılaraq müvəqqəti saxlama kamerasına salınmasından bəhs edir. Oxşar taleli insanlar oradaca qərara alırlar ki, bir-birilərinə həyan olmaq üçün həyatdan küskünlərin partiyasını yaratsınlar...

Tunis Beynəlxalq kitab sərgisində həm də İndoneziyadan olan istedadlı yava ustası Sulisin Dünya Yazıçılar Təşkilatının laureatlarının fotoşəkillərindən ibarət xüsusi əl işi olan Bali çərçivəsi nümayiş olunacaq. Çərçivənin fonu qədim Roma imperatorlarının geyindiyi məhz o təbii purpurdandır.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.