Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
1973-cü il aprelin 3-də “Motorola” şirkətinin 45 yaşlı aparıcı mühəndisi və kommunikasiya rəhbəri Martin Kuper Nyu-York şəhərindəki Manhetten küçələrindən birində dayanmışdı. O, dünyanın ilk mobil telefonundan ilk zəngi etməyə hazırlaşırdı...
Martin Kuperin "DynaTAC" modeli olan telefon kərpic ölçüsündə, 1 kiloqramdan bir qədər çox ağırlığında idi və enerjini doldurmaq üçün 10 saat tələb edirdi ki, bu da 25 dəqiqə danışıq vaxtı üçün kifayət edirdi.
Jurnalistlərin yanında Kuper rəqibi, Amerika rabitə xidmətləri və avadanlıqları bazarında dominantlıq edən çoxmillətli korporasiya olan “AT&T”-nin mobil rabitə laboratoriyasının direktoru Coel Engelə zəng edir. Bu nəhəng, inhisarçı korporasiya Kuperin və onun “Motorola”dakı mühəndislər komandasının işini çox da ciddiyə almırdı.
Kuper xatırlayır: "Bu, heyrətamizdir, amma telefonu Engelin katibisi deyil, Engelin özü götürdü. Ona açıq şəkildə dediyimi xatırlayıram: "Hə, Joel, salam! Bu, mənəm, Martin. Sənə mobil telefondan zəng edirəm. Hal-hazırda əlimdə tutduğum əsl mobil telefondan”. Cavab isə sükutla qarşılanır. Lakin, ola bilsin o dövrdə mobil rabitə qüllələri çox az olduğundan, əlaqənin həmin anda kəsilməsi mümkün idi. “AT&T” o dövrdə şəxsi, portativ mobil telefonlar üzərində tədqiqatlara üstünlük vermirdi və yalnız avtomobillər üçün telefonlar istehsal edirdi.
Beləliklə, Kuperin bu zəngi mobil telefondan edilmiş ilk zəng idi və o,faktiki olaraq telekommunikasiya sahəsində yeni dövrün başlanğıcı oldu.
“Ədəbiyyat və incəsənət”
(16.04.2026)


