“Maraqlı söhbətlər”də Milliken və Eynşteyn Featured

 

Nemət Tahir,

 “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Amerikalı fizik Robert Milliken (şəkildə Eynşteydən sağda) Eynşteynin işığın hissəciklərdən (fotonlardan) ibarət olması ideyasına inanmırdı və qəbul etmirdi. Çünki 20-ci əsrin əvvəllərində işığın dalğa nəzəriyyəsi elmdə üstünlük təşkil edirdi...

 

Buna görə Milliken Eynşteynin fikirlərini təkzib etmək üçün əsaslı surətdə planlaşdırılmış təcrübələr aparmağa başlayır. Nəticədə bu təcrübələr, əksinə, işığın fotonlardan ibarət olduğunu təsdiqləyir. Milliken bu işinə görə Nobel mükafatı alır.

Eynşteyn isə 1910-1922-ci illərdə hər il Nobel mükafatına namizəd olsa da, o bu mükafatı yalnız 1922-ci ildə ala bilir. Maraqlıdır ki, dahi alimə Nobel mükafatı onu bütün dünyada məşhurlaşdıran nisbilik nəzəriyyəsinə görə yox, fotoelektrik effekt nəzəriyyəsinə görə verilir.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.