Bu gün “Professor Nəsir İmanquliyev dərsləri” adlı layihəyə başlanılır Featured

 

Nigar Həsənzadə,

“Ədəbiyyat və İncəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bu gün Bakı Dövlət Universitetində (BDU) sanmayın ki, adi günlərdən olacaq. Xeyr. Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsi üzrə üzvlərinin təşəbbüsü ilə Azərbaycanın tanınmış jurnalisti, nüfuzlu ictimai xadimi, professor Nəsir İmanquliyevin anadan olmasının 115 illiyinə həsr edilən “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinə start verilir.

 

BDU-dan “Ədəbiyyat və İncəsənət” portalına verilən məlumata əsasən, layihənin əsas məqsədi Azərbaycan jurnalistika tarixində əhəmiyyətli rol oynamış professor Nəsir İmanquliyevin zəngin elmi və pedaqoji fəaliyyətinin sistemli şəkildə araşdırılması, təhlil edilməsi və gənc jurnalistlər arasında tanıdılmasıdır.

Layihə çərçivəsində tələbələrə onun publisistik fəaliyyəti, redaksiya təcrübəsi və milli mətbuatın inkişafına verdiyi töhfələr barədə geniş məlumat təqdim olunacaq, həmçinin jurnalistikanın peşə etikası və milli dəyərlər əsasında formalaşmasının vacibliyi izah ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.