“Maraqlı söhbətlər”də fransız alimin ulduz zarafatı Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Fransız alimi Etyen Klyayn bir şəkil paylaşaraq, bunun “Ceyms Uebb” kosmik teleskopu tərəfindən çəkilmiş Proksima Sentavra ulduzunun fotosu olduğunu bildirir. Hətta çoxları bu fotonun belə aydın və keyfiyyətindən təsirlənir. Lakin sonradan bunun çorizo ispan kolbasasının bir dilimi olduğu məlum olur. Bu mənbəyini yoxlamadan diqqət çəkən bir görüntüyə inanmağın nə qədər asan olduğunu göstərmək üçün alimin hazırlanmış olduğu elmi bir zarafat idi.

 

Ertəsi gün alim ona inanan izləyicilərindən üzr istəyir. “Lepoint” nəşrinə verdiyi müsahibədə o, zarafatının "əsasən maarifləndirici" olduğunu və saxta xəbərlər probleminə diqqət çəkmək istədiyini bildirir. "Bu, sosial mediada bu tip saxta xəbərlərin həmişə real xəbərlərdən daha uğurlu olduğunu göstərir. Mən də düşünürəm ki, əgər mən bu fotonun ”Ceyms Uebb” tərəfindən çəkilməsini deməsəydim, bu o qədər uğurlu olmazdı" - deyə fizik bildirib.

Qeyd edək ki, Etyen Klyayn Fransa Alternativ Enerji və Atom Enerjisi Komissiyasının tədqiqat şöbəsinə rəhbərlik edir. Proksima Sentavra isə Yer planetinə ən yaxın ulduz sayılır və ondan 4,2 işıq ili uzaqlıqda yerləşir (1 işıq ili 10 trilyon kilometrə bərabərdir).

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.