“Maraqlı söhbətlər”də süd qutusundakı şəkil Featured

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bonni Loman doğma anası və ögey atası tərəfindən atasından qaçırılır. Bonninin atası ictimaiyyətin də diqqətini bu işə cəb etmək üçün onun şəklinin süd qutusunun üzərində yerləşdirilməsini istəyir. Onun xahişi yerinə yetirilir. Bu cür şəkillər ABŞ-da itkin düşmüş uşaqların axtarışı proqramının bir hissəsi olaraq yayımlanırdı. Beləliklə, Bonni Lomanın itkin düşməsi ilə bağlı şəkli süd qutularının üzərinə qalın qara şriftlə «MISSING», yəni "İTKİN DÜŞMÜŞDÜR" sözü yazılaraq, satışa buraxılır.

 

Bir dəfə 7 yaşlı Bonni Loman ögey atası ilə supermarketdə alış-veriş edərkən süd qutusundakı şəklini görür. Qız özünü tanıyır, daha doğrusu özünü tapır. Qızın atalığı süd qutusunu alır və hətta qıza qutunun üzərindəki şəkli kəsərək özündə xatirə kimi saxlamağa icazə verir. Amma qıza qəti xəbərdarlıq edərək, bu barədə heç kimə deməməyi tapşırır. Bonni həqiqətən bu barədə heç kimə deməyir. Amma bir gün qonşunun evində oyuncaqlarını və qutunu üzərində olan şəklini unudur. Qonşular süd qutusunu üzərində olan şəkildəki qızın Bonni olduğunu tanıyırlar və bu barədə polisə məlumat verirlər. Nəticədə məlum oldu ki, Bonninin anası və atalığı onu hələ 3 yaşında olarkən qaçırıb.

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.