Əli Əmirli “Ən yaxşı dramaturq” mükafatına layiq görülüb Featured

 

 Şahanə Müşfiq, “Ədəbiyyat və incəsənət”

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY və “Anadolu” Qəzetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Beynəlxalq TÜRKSOY Teatr Mükafatları sahiblərinə təqdim edilib. Türk Dünyasının müxtəlif coğrafiyalarından teatr sənətkarlarını bir araya gətirən mərasimə çox sayda iştirakçı qatılıb.

 

Türk Dünyasında teatr sənətinə əmək verən sənətkarları təltif etməyi hədəfə alan mükafatlar bu il 11-ci dəfə təqdim olunub. TÜRKSOY üzvü ölkələrdən müəyyənləşdirilən sənətkarlar səhnə sənətinə verdikləri dəyərli töhfələrə və uğurlu yaradıcılıqlarına görə mükafatlara layiq görülüblər.

Hər il Beynəlxalq Anadolu Teatr Mükafatları çərçivəsində təşkil olunan tədbir Türk Dünyası teatrları arasında bədii qarşılıqlı əlaqələri artırmağı, ortaq mədəni irsi səhnə sənətləri vasitəsilə görünür etməyi və teatr sahəsində əməkdaşlığı təşviq etməyi hədəfləyir.

Bu il Azərbaycandan bu mükafata Əməkdar incəsənət xadimi, professor Əli Əmirli layiq görülüb. O, 2026-cı il Beynəlxalq TÜRKSOY Teatr Mükafatlarının “Ən yaxşı dramaturq” nominasiyası üzrə laureatı olub.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.