“Maraqlı söhbətlər”də quşların zərərli vərdişləri? Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Quşlar yuvalarına siqaret kötüyü daşıyırlar?

Yoxsa pis vərdişlərə qoşulublar?!

 

Təbiət hər zaman dəyişən şəraitə uyğunlaşmağın bir yolunu tapır, lakin bəzən bu yolun bədəli ağır olur. Şəhər mühitində yaşayan quşlar (xüsusilə Hörücülər və Sərçələr) üzərində aparılan araşdırmalar heyrətamiz və bir o qədər də düşündürücü bir faktı ortaya çıxarıb. Meksika Universitetinin tədqiqatçıları (Macías Garcia və komandası) müəyyən ediblər ki, quşlar siqaret filtrlərini yuvalarına parazitlərdən qorunmaq üçün bilərəkdən daşıyırlar.

Tütün bitkisi özünü həşəratlardan qorumaq üçün istehsal etdiyi nikotin, güclü bir parazitqovucudur. Quşlar bu zəhərli maddədən istifadə edərək yuvalarındakı gənələri uzaqlaşdırırlar.

2017-ci ildə aparılan təcrübədə yuvaya canlı gənə qoyulduqda,quşların yuvaya 40% daha çox siqaret kötüyü gətirdiyi müşahidə olunub. Yəni onlar "dərmanlama" miqdarını təhlükənin dərəcəsinə görə tənzimləyirlər.

Deyəcəksiniz, buəladı daburdapisnə varki? Məsələ orasındadırki bu dahiyanə həll yolu özü ilə böyük bir risk gətirir. Araşdırmalar göstərir ki, siqaret filtrlərindəki ağır metallar və kimyəvi qalıqlar bala quşlarda xromosom anomaliyalarına (genetik pozuntulara), immun sisteminin zəifləməsinə, qan hüceyrələrinin zədələnməsinə səbəb olur.

Nəticə etibarı ilə, elmdə buna "Ekoloji Tələ" deyilir, quşlar qısa müddətdə balalarını gənələrdən xilas etsələr də, uzun müddətdə onları daha böyük bir zəhərin ağuşuna atırlar. Eynilə insanların bir zamanlar kənd təsərrüfatında istifadə etdiyi, lakin sonra təbiəti məhv edən DDT - pestisid maddəsi kimi.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.