İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Məşhur alman yazıçısı, bəstəkarı və rəssamı Ernest Teodor Amadey Hofman daima ictimai mühitin diqqətini cəlb etmişdir. Birdən-birə mədəniyyətin 3 sahəsində təmsil olunmaq sizə zarafat gəlməsin.
Alman romantizm dövrünün ən görkəmli nümayəndələrindən biri, fantastik hekayələr, romanlar müəllifi, bəstəkar, rəssam və üstəlik, hüquqşünasdır o. Qotik üslublu qorxulu hekayələri ("Qum adam"), nağıl-povestləri ("Şirkunçik və siçanlar kralı") və "Qızıl bardaq" kimi əsərləri ilə tanınan Hofman, dünya ədəbiyyatına və musiqisinə əhəmiyyətli təsir göstərmişdir.
Ernest Teodor Amadey Hofman 24 yanvar 1776 - cı ildə Köniqsberq şəhərində anadan olmuşdur. Onun ata-anası yola getmədiklərinə görə ayrılmışlar. Hofman nənəsi ilə qalmışdır. O, ağır həyat keçirmiş, demək olar ki, aclıq içində yaşamışdır. Unversitetdə hüquq elmləri üzrə təhsil almışdır.
Ernest Teodor Amadey Hofman hələ gəncliyində musiqi, ədəbiyyat, rəssamlıqla məşğul olmuş, ilk günlərdən ictimai mühitin diqqətini cəlb etmişdir. 1807-ci ildə o, bütün işlərini buraxıb Berlinə köçür, 1808-ci ildə özünə iş tapır. O, Almaniyada Banberq teatrında bəstəkar, Drezden və Leypsiqdə opera truppasında musiqi üzrə direktor, rejissor işləmişdir.
Ernest Teodor Amadey Hofman romantik operanın – "İndianın" yaradıcısıdır.
Hofman 30-dan çox bədii əsər yaratmışdır. Onun ilk novellası 1809-cu ildə yazılmışdır. Ernest Teodor Amadey Hofman 1814-cü ildə "Qızıl bardaq", 1876-cı ildə "İblis eliksiri" və s. romanlarını yazır. Ernest Teodor Amadey Hofmanın 1814-cü ildə yazdığı "Qızıl bardaq" nağılının qəhrəmanı Anselim, çox sadə, heç nədə bəxti gətirməyən oğlandır.
Onun yaradıcılığında faciəli bir ikilik mövcuddur. O, bir tərəfdən ədalət, sevgi, hünər, fədakarlıq, musiqi, xəyal, gözəllik səltənəti önündə ehtiramla baş əyir, digər tərəfdən, mənəviyyatca puç, heyvani ehtirasların əsiri olan, harınlaşdıqca qorxaqlaşan, yalnız alış-verişdən, qazancdan həzz alan müasirlərini qəzəblə qamçılayırdı.
Əsas əsərləri:
“Qızıl bardaq” (1814),
“İblis eliksiri” (1876),
“Şelkunçik və siçanlar padşahı”.
Dahi alman A.Hofman 1822-ci ilin 25 yanvarında Berlində vəfat etmişdir. Hofman sənəti təkcə Avropada deyil, bütün Avropada, o cümlədən Rusiyada məşhur olmuşdur və məşhurdur.
“Ədəbiyyat və incəsənət”
(24.01.2026)


