İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
"Anam həmişə Qarabağa gedəndə məni babamgilin yanına qoyurdu. Babam onun getməsini istəmirdi. Hər dəfə, "Sonuncu dəfə gedirəm", - deyə hamını razı salırdı. Həmin vaxt babam təkidlə, "Bu sonuncu dəfədir", - deyib razılaşdı. Anam da söz verib getdi, bu, həqiqətən də sonuncu gedişi oldu". Ceyhun Əsgərov
Bu gün ilk şəhid qadın Salatın Əsgərovanın anım günüdür. Salatın Əsgərovanın16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərlə başa vurub. O, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Onun müəlliməsi Firəngiz Həşimovanın sözlərinə görə, Salatın Əsgərova uşaqlıqdan öz möhkəm iradəsi ilə seçilib.
1984-cü ildə geofizikaixtisası üzrə mühəndisdiplomualanSalatın Əsgərovajurnalistikasahəsinə böyükmaraqgöstərib. Nəticədə 1984-cü ildə müqavilə ilə "Bakı" qəzetində, 4 il sonra isə "Molodyoj Azerbaydjana" qəzetində işləməyə başlayıb.
Onun toxunduğu məsələlər Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı olub. O, tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayıb. Ailəsi, iş yoldaşları ondan bərk nigaran olublar. Dəfələrlə onun döyüş bölgəsinə getməyinin qarşısını almağa çalışsalar da, heç nəyə nail ola bilməyiblər. Onun boğazında zob xəstəliyi olub. Bu xəstəlikdən Salatın Əsgərova yaman əziyyət çəkib.
Yaxın adamları və iş yoldaşları tez-tez ona cərrahiyyə əməliyyatını məsləhət görsədə, Əsgərova əməliyyat zamanı ölüm riskindən qorub. Lakin, atası Əziz Əsgərovun məsləhətindən sonra, cərrahiyyə əməliyyatının aparılmasına razılıq verib. 1992-ci il 16 yanvarda əməliyyatın vaxtını təyin etsələr də, ezamiyyətdən sonra xəstəxanaya tələsməyib.
Salatın Əsgərova 1991-ci il yanvarın 8-dən 9-na keçən gecə Bakıdan Qarabağa Oleq Larionovun yanına getmək qərarına gəlib. Batalyon komandiri polkovnik-leytenant Oleq Larionov sibirli olub. O, 5 il batalyona rəhbərlik edib, həmin batalyon 1990-cı ilin yazında Qazaxın Bağanis Ayrım kəndini ermənilərin hücumlarından qoruyub.
Buna görə də, ermənilər Larionovun başına pul mükafatı qoyublar. O, həm də Qazaxda Salatın Əsgərovanı ölümdən xilas edib. Salatın Əsgərova Oleqlə görüşüb. 1991-ci il yanvarın 9-u onlar daha bir neçə hərbçi ilə birgə eyni avtomobildə hərəkət edərkən ermənilərin pusqusuna düşüblər.
Yevlax-Laçın yolunun 141-ci km-də Qaladərəsi kəndi yaxınlığında, Salatın Əsgərovanın olduğu avtomobil atəşə tutulub. İki istiqamətdən açılan atəş nəticəsində avtomobilə 113 güllə tuş gəlib. Avtomobildə olan mayor İqor İvanov yerindəcə vəfat edib. Polkovnik-leytenant Oleq Larionov isə ermənilərə avtomatdan atəş açmağa imkan tapıb. O, beş güllə yarası almasına baxmayaraq, maşından yerə düşə bilib, yolu keçib ermənilərdən xeyli uzaqlaşaraq, gülləsi bitənə qədər onlarla döyüşüb.
Sonda o yerə yıxılıb və ermənilər ona yaxınlaşıb güllələyiblər. Daha sonra erməni silahlıları maşının qapısını açıb, yaralı Salatın Əsgərovanı dayanmadan güllələyiblər və güllələrdən biri onun gicgahına dəyib. Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov anasının şəhid edildiyini belə xatırlayır:
"Yanvarın 9-da bu xəbər gələndə mənə deməmişdilər. Əlimə qəzet keçdi, üzərində anamın şəkli var idi. Bunu görüb, "Ana axı hələ gəlməyib, məqaləsi niyə çıxıb?" - deyə səbəbini soruşdum. Bir müddət sonra artıq məsələnin nə yerdə olduğunu anladım".
9 yanvar 1991 (29 yaşında) vəfat edib Salatın Əsgərova. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adına layiq görülüb.
Salatın Əsgərovanın yaxınlığında həlak olduğu kənd Salatınkənd adlanır. Onun Bakıda yaşadığı binada xatirə lövhəsi vurulub. Bakıda küçələrdən biri, Bakı buxtasında gəzinti gəmisi və Qadınlar İctimai Birliyinin təsis etdiyi mükafatı onun adını daşıyır. Nəbi Xəzri Salatın Əsgərova haqqında elegiya-poeması yazıb.
Filmoqrafiya
2016-cı ildə Salatın Əsgərovaya həsr olunan qısametrajlı "Vətən üçün gedirəm" filminin təqdimatı keçirilib.
Təltif və mükafatları
Salatın Əsgərova 6 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 294 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(09.01.2026)


