“Maraqlı söhbətlər”də “qəzet ördəyi” Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi 

 

Müasir dövrdə yalan məlumatlar dərc edən nəşrlər və saytlar çoxluq təşkil edir. Çox vaxt belə nəşr və saytlar ”sensasiya” yaratmaq və  oxucular arasında populyarlıq qazanmaq üçün belə yalan məlumatları yayırlar. Qələm əhli və jurnalistika sahəsində məşğul olanlar isə belə məlumatların “qəzet ördəyi” olduğunu bilməmiş olmazlar. Bunun isə maraqlı bir tarixçəsi vardır.

 

1815-ci ildə Robert Kornelissen adlı bir belçikalı jurnalist qəzetdə belə bir məqalə dərc edir:

"Bir alim 20 ördək alır və dərhal onlardan birini xırda-xırda doğrayaraq, digər ördəklərə yedizdirməyi göstəriş verir. Bir neçə dəqiqədən sonra o, başqa bir ördəyi də doğratdıraraq, digər ördəklərə yedizdirir. Beləliklə, onlar bir-birinin ardınca ördəkləri doğrayıb, sağ qalanlara yedizdirməyə davam edirlər. Bu vəziyyət yoldaşlarının ətini və qanını yeməyə davam edən yalnız bir ördək qalana qədər davam edir. Nəticədə, bir ördək 19 yoldaşını yeyib qurtarır".

Bu “elmi” məqalə qızğın müzakirələrə səbəb olur. Məqalə dərc olunandan bir neçə gün sonra müəllif bunu hər şeyə inanan ictimaiyyəti ələ salmaq üçün dərc etdiyini etiraf edir.

Məhz bu “yedirilib kökəlmiş” ördək o vaxtdan ağlasığmaz qəzet xəbərlərinin sinoniminə çevrilir. Bundan sonra nəşrlərdə yayılan hər hansı yalan və ya uydurulmuş xəbər "ördək" kimi tanınmağa başlandı.

İndi görün bizim mediamızda nə qədər “ördək” vardır.

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.