Soydaşımız “8th WOMEN IN TECH® Global Awards” üzrə Regional Qalib elan olunub

 

Beynəlxalq “8th “WOMEN IN TECH® Global Awards” müsabiqəsinin qalibləri bilinib. Müsabiqənin son üç ay ərzində aparılan seçim prosesi nəticəsində 52 ölkədən 65 finalçı müəyyən edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, onların sırasında İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Leyla Bağırzadənin də adı var. O, Mərkəzi Asiya və Qafqaz üzrə Regional Qalib, eləcə də “Woman in Web3” nominasiyası üzrə qlobal finalçı elan edilib.

Fransa Senatında senator Marta de Cidracın təşəbbüsü və təşkilatçılığı ilə müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə soydaşımıza qalib gəlməsi ilə bağlı sertifikat təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.