Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bu hadisə 2003-cü ildə bütün Böyük Britaniyanı şoka salır.
Sıravi Britaniya ordusunun mayoru Çarlz İnqram sadəcə olaraq məşhur "Kim milyonçu olmaq istəyir?" şousunda iştirak edərək, əsas mükafat olan 1 milyon funt sterlinq qazanır. Amma əslində bu televiziya tarixinin ən cəsarətli dələduzluqlarından biri idi. Fənd isə sadə bir... öskürək idi. İnqram mümkün cavabları ucadan oxuyurdu və düzgün cavabdan sonra, həyat yoldaşı Diana və yarışmada iştirak edən dostu Tekven Vittok öskürürdü. Onlar düzgün cavabı gizli bir öskürəklə bildirirməklə, qazancı 3 yerə bölüşdürməyi planlaşdırmışdılar.
Son final sualı isə belə idi: "Birdən sonra yüz sıfırdan ibarət ədədin adı nədir?" Çarlz variantların hər birini növbə ilə sadalayır: quqol, meqatron, qiqabit və nanomol.
Hər şey isə bundan sonra başlayır:
-Düşünürəm ki, bu nanomoldur, amma qiqabit də ola bilər- deyə İnqram fikirləşməyə başlayır. Mən bu suala cavab verə bilməyəcəyimi düşünmürəm... Düşünmürəm ki, bu, meqatrondur. Amma quqol haqqında da eşitməmişəm.
Bu zaman zaldan öskürək səsi gəlir.
-Quqol, quqol, quqol... Düşünürəm ki, bu, quqoll ola bilər. Amma nə olduğunu bilmirəm. Bunun meqatron, qiqabit və ya nanomol olduğunu düşünmürəm. Mən hesab edirəm ki, bu həqiqətən, quqoldur.
Çarlz yarışmada qalib gələrək 1 000 000 funt sterlinq qazanır. Lakin bir müddət sonra prodüserlər bu öskürək səslərindən şübhələnirlər və çəkilişlər maliyyə polisi tərəfindən araşdırılmağa başlayırlar. Araşdırma aparanlar şou efirində çox sayda şübhəli öskürək səsi sayırlar. Dahiyanə görünən şey əslində bir siqnal oyunu idi və bu hadisə Britaniya viktorina tarixinin ən məşhur dələduzluqlarından birinə çevrilir.
Bir həftə sonra 1 000 000 funt sterlinq yazılmış çek ləğv edilir və Çarlz məhkəmə qarşısında durmalı olur. Çarlz və Diana İnqram 18 ay şərti həbs cəzası alırlar, Tekven Vittok isə 12 ay şərti həbs cəzasına məhkum edilir.
Onların hamısı birlikdə 15 000 funt sterlinq cərimə edilir. Lakin İnqramlar istintaqı gecikdirdiklərinə görə 115 000 funt sterlinq cərimə olunurlar. Ordu Şurası pensiyasını saxlamaq şərti ilə İnqramı mayor rütbəsindən məhrum edir. Bununla belə, şou o qədər səs-küy yaradır ki, ictimaiyyətin cütlüyə qarşı qəzəb dalğasına səbəb olub. Çarlz şikayətlənirdi ki, o həyat yoldaşı ilə birlikdə harada olurdularsa, onları öskürən insalar əhatə edirdi. Dostu Tekven Vittok isə işdən qovulsa da, adını əbədiləşdirə bilir: Hendonda yerləşən “Transfrontier Ltd” əczaçılıq şirkəti Vittokun şərəfinə "Tekven" adlı öskürək dərmanı buraxmaq qərarına gəlir.
Bu hadisə hind yazıçısı Vikas Svarupu "Sual və Cavab" romanını yazmağa ruhlandırib. Sonralar bu romanın əsasında çəkilmiş, Oskar mükafatı qazanan və bir çoxumuzun televiziya ekranından maraqla izlədiyimiz "Xarabalıqdan çıxmış milyonçu" filminin əsası olub. 2020-ci ildə isə bu hadisədən bəhs edən Britaniya mini - serialı "Viktorina" ekranlara çıxıb.
“Ədəbiyyat və incəsənət”
(24.10.2025)


