Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
"5-ci kolon" nədir?
Çox insan mənasını bilmədən "5-ci kalon" ifadəsini işlədir.
Gəlin, bu sözün mənşəyinə, tarixinə baxaq.
1936-1939-cu illərdə İspaniyada ordu generalı olan Fransisko Franko demokratik hökumətə qarşı çevriliş həyata keçirdi. Ölkədə vətəndaş müharibəsi başlandı. Madrid şəhəri üç il boyunca hücuma məruz qaldı.
Nəhayət hökumət zəif düşdü, ordunun dörd kolonu şəhəri mühasirəyə alanda, Frankonun yaxını general Emilio Malo çıxış edir və deyir ki, biz 4 kolon ilə hücuma keçsək də, əsas işi içəridə 5-ci kolonna edib. 5-ci kolon kimlər idi?
Daxildə olan təxribatçı, şantajçı, hadisələri böyüdən, insanları vahiməyə salan, ordunu mənfi təbliğ etməklə, əslində təşviş yaradan bir qrup insan idi. Onlar xalqın, dövlətin yanında, içərisində olub, vəzifələnib, guya dəstək adı ilə onlara zərər vururdular. Onlar silahlı hücumçulardan daha təhlükəli idilər.
Sonralar diktator Franko da öz çıxışlarının birində əsl qələbəni "5-ci kolonna"-nın hesabına qazandıqlarını qeyd etmişdi.
İkinci Dünya Müharibəsi dövründə də bir sıra ölkələrdə bu təcrübə sınaqdan keçirildi və 5-ci kollona artıq dövlətləri içdən fəth edən gizli təşkilat rolunu oynamağa başladı.
“Ədəbiyyat və incəsənət”
(21.10.2025)