Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
1939-cu ildə dünya müharibəsinin yaxınlaşdığı bir vaxtda Adolf Hitler Nepal kralı Tribhuvana dəbdəbəli bir “Mercedes-Benz” hədiyyə edir. Bu diplomatik jest olduqca qeyri-adi idi. Çünki, Üçüncü reyxin füreri elit bir alman avtomobilini ucqar, dünyadan demək olar ki, təcrid olunmuş dağ ölkəsinin monarxına hədiyyə edirdi.
Bəs niyə axı?
Hitler üçün bu, incə siyasi gediş idi: Asiyada nüfuzu gücləndirmək və Almaniyanın sənaye gücünü nümayiş etdirmək istəyirdi. Nepal üçün bu, xarici dünya ilə görünməmiş təması və həm elitanın, həm də sadə insanların gözündə simvolik bir status idi.
Amma ən əsas məsələ, avtomobilin krala çatdırılması idi. Çünki bu asan məsələ deyildi: Nepalda inkişaf etmiş yol şəbəkəsi yox idi. Buna görə həmin maşını ölkəyə sözün əsl mənasında əl ilə sürükləyərək gətirməli olurlar. Yüzlərlə adam ağır "Mercedes"i ölkənin paytaxtı Katmandudakı yeganə asfaltlanmış yola çatdırmaq üçün onu Himalay dağlarından keçən sıldırım dağ cığırları ilə əl ilə aparmalı olurlar.
Bu isə "Mercedes"i sadəcə təmtəraqlı, dəbdəbəli maşına yox, az qala miflərlə əhatə olunmuş müqəddəs bir obyektə çevirir.
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)