Chris Columbus - kinonun dahiyanə yenilikçisi Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Chris Columbus – amerikalı rejissor, prodüser və ssenaristdir. O, öz xüsusilə ailəvi və macəra janrında çəkdiyi filmlərlə tanınır. Tam adı Chris Joseph Columbusdur. 10 sentyabr 1958-ci ildə Pensilvaniyada  dünyaya göz açıb.  New York Universitetinin Tisch School of the Arts fakültəsində ssenaristlik ixtisası üzrə təhsil alıb. Bu gün bu böyük rejissorun doğum günüdür.

 

Chris Columbus əvvəlcə ssenarist kimi çalışıb. 1980-ci illərdə onun yazdığı ssenarilərdən bəziləri məşhur filmlərə çevrilib:

 

1. Gremlins (1984) – ssenari müəllifi

2. The Goonies (1985) – ssenari müəllifi

 

Daha sonra rejissorluğa başlayıb və çox sevilən ailə filmlərinə imza atıb:

 

- Adventures in Babysitting (1987) – ilk rejissorluq işi

 

- Home Alone (1990) və Home Alone 2: Lost in New York (1992) – dünya şöhrəti gətirən filmlər

- Mrs. Doubtfire (1993) – Robin Williams ilə böyük uğur qazanan komediya

- Harry Potter and the Sorcerer’s Stone (2001) və Harry Potter and the Chamber of Secrets (2002) – “Harry Potter” seriyasının ilk iki filminin rejissorluğu.

Columbusun filmləri adətən ailə dəyərlərini, yumoru və fantaziyanı birləşdirir. Onun işləri həm uşaqlar, həm də böyüklər üçün maraqlı olur.

Rejissor Hollivudda ailəvi kino janrının ustası hesab olunur. Amma ona dünya şöhrətini təbii ki, Harry Potter gətiribdir.

 

Chris Columbus filmoqrafiyası (rejissor)

1. Adventures in Babysitting

2. Heartbreak Hotel

3. Home Alone

4. Only the Lonely

5. Home Alone 2: Lost in New York

6. Mrs. Doubtfire

7. Nine Months

8. Bicentennial Man

9. Harry Potter and the Sorcerer’s Stone

10. Harry Potter and the Chamber of Secrets

11. Harry Potter and the Prisoner of Azkaban (yalnız prodüser)

12. Rent

13. I Love You, Beth Cooper

14. Percy Jackson & the Olympians: The Lightning Thief

15. Pixels

 

Chris Columbus bir çox filmlərdə ssenarist və prodüser kimi də fəaliyyət göstərib. (Gremlins, The Goonies, The Help, The Witch və s.)

Mənsə, hələ də Harry Potter filmlərinə baxmadığım səbəbindən YouTube platformasına qoşuluram ki, bu filmlərdən heç olmasa birinə tamaşa edim.

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.