PORTAL AKADEMİYASINDA - 3-cü mövsüm də sonuclandı Featured

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarını da bitirdi. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapdınız..

 

 

Ev tapşırığını mütləq həll edin!

 

Bax belə, əziz oxucularım. Hər bir yolun sonu olur, biz də yolun sonuna çatdıq. Bir müddət birlikdə həyatda uğur qazanmağın, lider olmağın, xoşbəxt olmağın sirlərini öyrəndik. Amma, əslində, biz yolun sonuna çatmadıq, biz yolun başlanğıcına çıxdıq. Düşünmək, öyrənmək üçün sizə verdiyimiz bütün bu tapşırılanları, yəni ev tapşırığını həll edib ən zəruri bilgilərlə silahlanandan sonra daha hədəfi vurmağa lap yaxınlaşdınız. İndi də uğura, məqsədə doğru inamla irəliləməyə başlayın.

Bu yolda uğur qazanacağınıza mən şəxsən əminəm.

Sizin uğurunuz bizim uğurumuzdur!

Növbəti – 4-cü mövsümdə görüşənədək!

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2025)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.