Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Cəfər Nəcəfli ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalına komitədən verilən məlumata görə, komitə sədri Azərbaycanın diaspor təşkilatlarından, Azərbaycan Evlərindən, Koordinasiya Şuralarından və həftəsonu məktəblərindən bəhs edib. Diaspor sahəsində həyata keçirilən strateji təşəbbüslərdən, milli kimliyin qorunması və gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

Görüş zamanı qeyd olunan mövzularda geniş fikir mübadiləsi aparılıb.

Cəfər Nəcəfli ona göstərilən dəstəyə görə minnətdarlığını bildirib, qazandığı bilik və təcrübənin faydalı olmasından məmnunluğunu ifadə edib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılması məqsədi daşıyır.

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.