Diqqət! Bir elanı nəzərinizə çatdıraq.
Avqustun 30-da Bakıda klassik avtomobilləri nyürüşü və çövkən yarışı keçiriləcək. Dənizkənarı Milli Parkdan start götürən yürüş paytaxtın mərkəzi küçələrini əhatə edəcək və Binə Atçılıq Mərkəzində başa çatacaq.
"Ədəbiyyat və incəsənət" portalı xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun sosial media hesablarında məlumat yayılıb.
Klassik avtomobillərin yürüşünə qoşulmaq üçün nəqliyyat vasitələrinin sahibləri Azərbaycan
Avtomobil Federasiyasının elektron ünvanı info@faa.az və ya +99450 295 01 00 nömrəsinə müraciət edərək qeydiyyatdan keçə bilər.
“Ədəbiyyat və incəsənət”
(17.06.2025)