Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orxan Pamukun 73-cü baharı Featured

İnci Məmmədzadə“Ədəbiyyat və incəsənət

 

Dünyada bir türk yazarının Nobel mükafatı almasına sensassiya kimi yanaşıldı. Amma Orxan Pamuk həqiqətən də öz misilsiz yaradıcılığı ilə bu adı haqq edibdir. Onun siyasi baxışlarına isə gəlin toxunmayaq. Burada fikirlər mütləq haçalanacaq.

 

Orxan Pamuk 7 iyun 1952-ci ildə İstanbulda doğulub. Hazırda Nyu-Yorkda yaşayır, Kolumbiya Universitetində müqayisəli ədəbiyyat professoru vəzifəsində çalışır. İyirmidən çox dildə yaradılan, zəngin tarixə və ənənələrə malik olan türk ədəbiyyatlarının Nobel mükafatına layiq görülmüş ilk və yeganə nümayəndəsidir. Orxan Pamuk həm də ədəbiyyat sahəsində XX əsrin ikinci yarısında doğulmuş ilk və yeganə Nobel sahibidir.

 

Yazıçı ciddi yaradıcılıq uğurları nəticəsində 1979-cu ildən bəri 15-dən çox nüfuzlu ədəbi mükafat qazanıb. Onların arasında Türkiyə, İrlandiya, ABŞ, Fransa, Almaniya, İsveç, Böyük Britaniya kimi ölkələrin təsis etdikləri ödüllər var. Dünyanın 100-dən çox ölkəsində nəşr olunan əsərlərinin tirajı bir neçə milyon nüsxəni aşıb, tərcümə edildiyi dillərin sayı isə 60-a çatıb. "Taym" jurnalının 2006-cı ildə keçirdiyi sorğunun nəticələrinə görə Pamuk dünyanın 100 ən görkəmli şəxsiyyəti sırasına daxil olub.

 

Romanları:

1. Cövdət bəy və oğulları

2. Səssiz ev 

3. Bəyaz qala

4. Qara Kitab

5. Gizli üz 

6. Yeni həyat

7. Digər rənglər 

8. Qar 

9. İstanbul: Xatirələr və şəhər 

10. Məsumiyyət muzeyi

11.Başımdakı qəribəliklər.

 

Orxan Pamuk Amerika İncəsənət və Elmlər Akademiyası və Amerika İncəsənət və Ədəbiyyat Akademiyasının üzvüdür.

Əlbəttə ki, ondan yeni-yeni əsərlər gözləyirik. Bu dahi yazarı oxumayanlara isə başlanğıc üçün “Məsumiyyət museyi” romanının tövsiyyə edirik. Oxuyun, bir insan sevgisinin necə hüdudsuz, necə acımasız və zalım olduğuna şahidlik edin.

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.