Yüz minlərlə oxucunun oxuma sayı və müsbət rəyləri əsasında Şərqi Avropanın ən böyük elektron ədəbiyyat platforması olan LitRes yay mövsümünün ən yaxşı kitablarını müəyyənləşdirib. “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Kənan LitResin rəsmi saytına istinadən həmin kitabları sizlərə təqdim edir.
Və sonda o, kitab mütəxəssisi - “XAN”nəşriyyatının direktoru Səbuhi Şahmursoya müraciət edib, reytinqi şərh etməyi ondan xahiş edəcək.
1.Corc Oruel, “1984”;
2.Den Braun, “Da Vinçi şifrəsi”
3.Daniel Çidiak, “Kim deyir ki, sən bacarmazsan?”
4. Edit Eva Eqer, “Seçim”;
5.Juliya Enders, “Ecazkar bağırsaq”;
6.Con Kexo, “Şüuraltı hər şeyə qadirdir”;
7.Mari Kondo, “Magik təmizləmə”;
8.Anna Todd, “Sonra”;
9. Aleks Mixaelides, “Səssiz-səmirsiz xəstə”
10.Patrik Kinq, “Ünsiyyət vərdişlərini necə yaxşılaşdırmalı?”
Səbuhu Şahmursoy:
“LitRes-in yay reytinqində ardıcıl iki il Corc Oruelin “1984” romanının birinci olması əslində təəccüblüdür. İş ondadır ki, bu, çox mürəkkəb strukturlu, çətin qavranan romandır. Orta statistik oxucu üçün deyil. Xüsusən də, yay aylarında insanlar hər şeyin daha yüngülünə can atar, əyləncəyə üstünlük verər. Ya müharibə, iqtisadi xaos, repressiyalar və siyasi çevriliş tamaşaları rusiyalı oxucuları statistiklikdən çıxarıb, ya da ki, dünyanın mizan-tərəzisi dəyişib. Den Braunun əsərləri də, məncə, yay yox, qış kitablarıdır. Hazırda Avropada yay üçün, məsələn, Sesiliya Ahern daha çox oxunur. Amma seçim seçimdir, nə deyə bilərik”.
“Ədəbiyyat və incəsənət”
(06.06.2025)