Ağdamda "Nə? Harada? Nə zaman?" yarışması keçirilib Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bu gün "Konstitusiya və Suverenlik İli" çərçivəsində Qarabağ Regional Gənclər İdman İdarəsinin və "İmarət" İntelektual Klubun təşkilatçılığı ilə Ağdam Dövlət Sosial-İqtisadi Kollecində maraqlı bir tədbir təşkil olunub.

 

Söhbət Fənn Birləşmələri Komissiyalarının komandaları arasında 28 May-Müntəqillik Gününə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual yarışından gedir.

Yarışda "Tesla" komandası I, "Məclisi-üns" komandası ll, "Dəmir yumruq" komandası isə III yeri tutubdur.

Qalib komandalar Diplom və digər hədiyyələrlə təltif olunublar.

 

“Ədəbiyyat və incəsənət”

(28.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.