Onun bir titulunu qeyd etsək bəsdir – BÖYÜK HƏRFLƏRLƏ ZİYALI Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Elə ziyalılarımız var ki, ziyası bir elə-obaya, nəhayət bütün ölkəyə yayılır. Elə bu gün növbəti doğum gününün qarşılayan Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü Telli Pənahqızı kimi.

 

Telli xanım 24 may 1954-cü ildə Qərbi Azərbaycanda Vedibasar mahalının Böyük Vedi kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə ilk dəfə 1977–1980-ci illərdə C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasında baş kitabxanaçı olaraq başlamışdır. 12 mart 2019-cu ildə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü təyin edilmişdir.

 

Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Dövri mətbuatda şeir, oçerk və hekayələri dərc olunmuşdur. Faiq Ağayevin oxuduğu "Məni sevərsənmi?" (bəstəkarı Novruz Aslan), Azərinin oxuduğu "Bizi intiqama çağırır cəngi" (bəstəkarı Gülsüm xanım) mahnılarının sözləri Telli Pənahqızınındır. Səyyad Əlizadə, Niyaməddin Musayev, Teymur Əmrah da şairənin sözlərinə yazılan mahnıları ifa edirlər.

 

Əsərləri 

 

1. Ömrün qoşa izi

2. Tanrımla söhbət

3. Ayrılıqdan sonra çəkilmiş şəkillər

4. Səsində ay işığı var

5. Sizi sevən Sərdaram

6. Səsin xiffəti

7. Uzun, incə bir yol varmış

8. Yaddaşım qaval daşı

 

Filmoqrafiya 

 

Nailə (film, 1994) — ssenari müəllifi

Min ev Sədərək (film, 2004)

Sizi sevən Sərdaram (film, 2005)

Sarı simin möcüzəsi (film, 2011) — ssenari müəllifi (Elxan Məsumovla birlikdə)

 

Allah hamımızın sevimlisi olan Telli xanıma xeyirli ömür nəsib etsin! Hələ ondan görüb-götürəcəklərimiz çoxdur.

 

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.