“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
İndi isə sizi ən müxtəlif təsnifatlardan («Forbes» jurnalının təqdimatında «Ən sağlam 12 qida» reytinqi, Conni Bovdenin «Dünyanın ən sağlam 150 qidası» kitabı, «Taym» jurnalındakı «Tarixin ən faydalı 50 bitki və qidası» reytinqi və s.) seçdiyim Yer kürəsinin ən faydalı qidaları ilə tanış etmək istəyirəm. Buyurun, faydalanın:
C. Yarmalar və paxlalar
1. Mərci (bitki mənşəli proteinlə, vitaminlərlə, zülalla boldur, toxluq vermə xüsusiyyətinə malikdir).
2. Lobya (zülal bolluğuna görə onu ət və balıqla bir tutmaq olar, mikro və makroelementlərlə zəngindir, bir çox xəstəliklər zamanı pəhriz qidasına daxil edilir, xərçəng və ürək xəstəliklərindən qoruyur, çəkini, qan şəkərini tənzimləyir).
3. Qəhvəyi düyü (qanda şəkərin miqdarına, arterial təzyiqə, mədəaltı vəzə müsbət təsir göstərən dietik məhsuldur).
4. Yulaf (30% sellüloza, «pis xolesterin»in səviyyəsini azaldan beta-qlyukana malikdir).
D. Qoz və tumlar
5. Badam (E vitaminli, maqnium və antioksidantlarla boldur, çəki salmaq üçün əvəzsizdir, metabolizmi sürətləndirir).
6. Hind qozu (günə 7 ədədi yeyilsə insan immunitetini yüksəldir, ürək-damar xəstəlikləri riskini azaldır, insançün faydalı əksər vitamin və minerallara, üzvi turşulara malikdir, tərkibindəki potasium əzələlərin inkişafına xidmət edir).
7. Araxis (çiy halda çox faydalıdır, çəki atmağa kömək edir, antioksidantdır).
8. Balqabaq tumu (vitamin və minerallarla, üzvü turşularla zəngindir, tərkibindəki 32-52%-lik balqabaq yağı insanın dərisinə, saçına və dırnaqlarına sağlanmıq verir, tərkibindəki bol sink cinsiyyət orqanlarının fəaliyyətinə müsbət təsir göstərir. Əsəb sistemi, yaddaş üçün də faydalıdır).
9. Fındıq-fıstıq (həftədə 5 dəfə yemək ürək problemlərini 50 faizədək (!) azaldır).
Növbəti təqdim edəcəyim ət və süd məhsulları olacaq.
“Ədəbiyyat və incəsənət”
(23.05.2025)