İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Ceyn Adams! O, Rəngli İnsanların İnkişafı Milli Assosiasiyasının, Amerika Vətəndaş Azadlıqları Birliyinin qurucu üzvüdür. Tarixə isə Nobel Sülh Mükafatını alan ilk amerikalı qadın kimi düşüb.
Bu gün biz onu vəfatının növbəti ildönümündə anırıq.
1860-cı ildə ABŞ-nin İllinoys ştatının Cedarville şəhərində bölgənin zəngin ailələrindən biri olan Adamsların ailəsində dünyaya gəlib. 1877-ci ildə Rokford qızlar üçün missioner məktəbinə daxil olur və 1881-ci ildə məktəbi əla qiymətlərlə bitirir. Bir il sonra isə bakalavr dərəcəsi alır.
1910-cu ildə Adams Milli Sosial İş Konfransının ilk qadın prezidenti, 1911-ci ildən 1914-cü ilədək Qadınların Seçki Hüququ Uğrunda Amerika Assosiasiyasının vitse-prezidenti, 1915-ci ildə Dünya Qadınlar Partiyasının sədri, 1919-cu ildə sülh və azadlıq uğrunda təsis edilmiş Beynəlxalq Qadın Liqasının ilk prezidenti, "Settlement House Movement"-in təsisçisi və Amerika sosial reformizminin ilk xadimlərindən biri olub.
1883-cü ildə Ceyn Adams dostu Elen Qeyts Starrla birgə Avropaya gedir. İngiltərədə olan zaman sosial sahədəki problemlər onun diqqətini daha çox çəkir. Beləliklə, o, müşahidə etdiyi hadisələri qələmə almağa başlayır.
Ceyn Adams rəfiqəsi Ellen Qeyts Starrla Londonun East-End məhəlləsində Oksford universitetinin bir qrup tələbələrinin xidmət göstərdiyi "Toynbi-holl" sığınacağına baş çəkirlər. Onların işindən çox təsirlənərək, Adams və Starr ABŞ-yə qayıdırlar və hər ikisi "həyatı həyatın özündən öyrənmək mümkün ola biləcək" yer tapmağa qərarı verərək, bu fikri reallaşdırmağa başlayırlar. Axtarışlar onları yoxsulların, kasıb mühacirlərin məskunlaşdığı bölgəyə – Çikaqonun 19-cu məhəlləsinə gətirib çıxarır. 1889-cu ilin sentyabr ayında rəfiqələr Çarlz Hullın evinə köçürlər və orada gələcəyin bir çox görkəmli islahatçılarının diqqətini çəkən eksperiment təşkil edirlər.
Rəfiqəsi Ellen Starrla birlikdə Ceyn Adams 1889-cu ildə Çikaqonun ucqar yerlərindən birində "Hull Haus"u ("Hull House") təsis edirlər. Bir neçə il ərzində Çikaqoda "Hull-House"da rəfiqəsi E.Starrla bərabər uşaq bağçası, kitabxana, gimnastika zalı, nəşr işləri emalatxanası, kommunal mətbəx, bədii studiya, əmək muzeyi, gənc işçi qadınlar üçün yataqxanalı məktəb qururlar. Burada onlarca klub, rəqs qrupları, musiqi məktəbi və hətta aktyor truppası yerləşirdi. Məhəllə sakinləri burada ingilis dili, kulinariya, dərzilik və ədəbiyyat dərsləri ala bilərdilər. Xarabalıqların minlərlə sakini müxtəlif zamanlarda "Hull-House"a baş çəkirdilər. Bu gün "Hull Haus", Jane Addams'a və təhsil və sosial inkişaf üçün birlikdə çalışan qadınlara həsr olunmuş bir muzeyə çevrildi.
1902-ci ildə yazdığı "Demokratiya və İctimai əxlaq" (Democracy and Social Ethics) əsəri bu gün də öz aktuallığını qoruyub saxlayır. 1910-cu ildə yazdığı "Hull House-da iyirmi il" əsərində isə Ceyn Adamsın bəşəriyyətə və insanlığa xidmət edən fədakar ömür yolunu görmək olur.
Ceyn Adamsın əsərləri, "Hull Haus"-dakı təcrübələrindən nümunələrlə doludur, mühacir əhalinin xalq nağıllarından və fahişəlikdən zibil yığımına qədər qeyri-adi mövzulara toxunur. 11 kitab və 500-dən çox məqalə nəşr etdirdi ki, burada da əvvəlcə formalaşdığı Şimali Amerika praqmatik ənənəsini əhəmiyyətli dərəcədə problemləşdirdi.
1935-ci il mayın 21-də əziyyət çəkdiyi xəstəlikdən vəfat etdi və ABŞ-nin Sedervilldəki qəbiristanlığında dəfn edildi.
“Ədəbiyyat və incəsənət”
(22.05.2025)