"Ədəbiyyat və İncəsənət" portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun, Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə "Bir direktor, bir şagird" adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların Ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda İlyas Əfəndiyev adına Elitar gimnaziyadır.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Səadət Akif qızı Cahandarova 2000-ci ildə Bakı Dövlət universitetinin Tarix fakültəsinə daxil olmuş, 2003-cü ildə həmin universiteti bitirmişdir.
2006-cı ildə Azərbaycan Müəllimlər İnstitutunda Tarix- Coğrafiya üzrə ixtisasını artırmışdır.
2003-2021-ci ilədək Bakı Avropa Liseyində Tarix müəllimi, 2016-2022-ci ilədək isə həmin liseydə Direktor müavini vəzifəsində çalışmışdır.
2022-ci il iyul ayının 29 -da Azərbaycan Respublikasının Təhsil Nazirinin əmri ilə İlyas Əfəndiyev adına Elitar gimnaziyaya Direktor vəzifəsinə təyin olunmuşdur.
2011-ci il may ayında Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının T-381 saylı qərarı ilə "Fəxri Fərman"la təltif edilmişdir.
2012-2013-cü illərdə keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşdur. Həmçinin 2012-2013-cü illərdə "Tarix fənn kurikumlarının hazırlanması üzrə işçi qrupunun üzvü" olmuşdur.
2015-ci il oktyabrında Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının № 2768 saylı qərarı ilə "Fəxri Fərman"la təltif olunmuşdur.
2015-2017-ci illərdə "X-XI təmayül siniflərdə Tədris planı"nın hazırlanmasında iştirak etmişdir.
2017-ci il oktyabrında Azərbaycan Respublikası Təhsil Nazirinin K- 560/1. № - li əmrinə əsasən "Azərbaycan Respublikası Qabaqcıl Təhsil işçisi" döş nişanı ilə təltif edilmişdir.
2018-ci il iyul ayında "Respublika Pedoqoji Mühazirələri"nin nəticələrinə görə III dərəcəli diplomla təltif edilmişdir.
2022-ci ilin mayın 16- da Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının №4547 saylı qərarı ilə "Fəxri Fərman"la təltif olunmuşdur.
2022-ci ilin iyun ayının 11-də Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən "Əvəzsiz dəstəyi və gənc nəslin təlim-tərbiyəsində yüksək nailiyyətlər əldə etdiyinə görə "Təltifnamə" ilə təltif edilmişdir.
ŞAGİRD:
Mən, Mələk Kənan qızı Məmmədova 2009 –cu ildə Bakı şəhərində anadan olmuşam. 2015 – ci ilin sentyabr ayından İlyas Əfəndiyev adına Elitar gimnaziyanın I sinfində təhsilə başlamışam. Hal-hazırda həmin gimnaziyanın X sinfində oxuyuram.
Gimnaziyada təşkil olunmuş olimpiada və müxtəlif ictimai tədbirlərdə fəal iştirak etmişəm.
ESSE:
“Empatiya”
“Hiss etmək, sadəcə görməkdən daha önəmlidir”
Empatiya digər bir adı - “insanlararası körpü” ilə psixologiya elmində bir termindir.
Empatiya, insanın qarşısındakının hisslərini, düşüncələrini və vəziyyətini anlaması və paylaşması bacarığıdır. Empatiyanı “insanlararası körpü” adlandırmağımızın səbəbi isə mənəvi körpü vəzifəsini yerinə yetirməsidir. Bu keyfiyyət insanın başqasının ruhunu öz ürəyində hiss etmək bacarığını tələb edir.
Münasibətlərdə, dostluqlarda, cəmiyyət arasında göstərilən empatiya bir növü “barış”, “mərhəmət “ rolunu oynayır.
Empatiya hissini görkəmli yazıçılarımız öz əsərlərində bizə bədii yolla aşılayıblar.
Görkəmli şairimiz Mikayıl Müşfiq “Ana” şerində empatiya hissini bizlərə belə ötürmüşdür
Ana deyib hər kəsin
Ürəyində köks açar…
Burada şair təkcə öz anasına deyil, hər kəsin anasına sevgi və hörmət hissi ilə yanaşır. O, ananın hər bir insan üçün necə müqəddəs olduğunu hiss edir və bu ümumi duyğunu paylaşır — bu da empatiyanın çox saf və yüksək formasıdır.
Mənbələrdən oxuyuruq ki, Empatiyaya yanaşma şəkili iki yola ayrılır.
1.Kagnitiv empatiya-məntiqi həllərlə qarşındakına yanaşma
2.Emosional empatiya-daha cox duyğu və hisslərlə insanları anlamaq
Bəs empatiya hissini öz həyatımızla necə uzlaşdıra bilərik?
Belə qeyd edək:
Empatiya - insanlarla dolu bir otaqda olsanız belə dərdi olan bir dostunuza səssizcə və sözsüzcə ona onu anladığınızı, dəstəklədiyinizi çatdıra bilməkdir.
Empatiya bir çox əxlaqi kefiyyətin əsasıdır. O, insanı insana çevirən ən dəyərli hislərdən biridir.
“Ədəbiyyat və incəsənət”
(14.05.2025)