Özbək Milli Musiqi Sənəti İnstitutunda görüş Featured

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar Özbəkistanın Yunus Rəcəbiy adına Özbək Milli Musiqi Sənəti İnstitutunu zirayət edib, institut rəhbərliyi ilə görüşüb.Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Özbəkistan Milli Musiqi Sənəti İnstitutunun mətbuat xidmətindən məlumat verilib.

 

Ziyarət çərçivəsində türk dövlətləri arasında təhsil və mədəniyyət sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi, xüsusilə tələbə mübadiləsinin təşkili, ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə olunub. Həmçinin türk dünyasının gənc yaradıcılarının əsərlərini bir araya gətirən, Azərbaycan, özbək və qazax dillərində nəşr olunmuş yeni kitabın institutda təqdimatının keçirilməsi təklifi irəli sürülüb.

Bu görüş türk xalqları arasında ədəbi, mədəni və maarifçilik əlaqələrinin daha da möhkəmləndirilməsi, gənclərin yaradıcılığının dəstəklənməsi və qarşılıqlı əməkdaşlıq üçün yeni imkanların yaradılması istiqamətində mühüm addım olub.

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.