TurkDiscovery yeni sənədli film istehsal edib Featured

Böyük Çölün daş yaddaşı və minillik sirləri: “Əbədiyyətin Nişanələri: Türk Dünyası Rəmzlərdə” sənədli filminin Qazaxıstanın damğa irsinə həsr olunmuş yeni bölümü artıq TurkDiscovery-də!

 

Türk xalqlarının ortaq tarixi və mənəvi irsini geniş auditoriyaya tanıtmağı hədəfləyən Türk Mədəniyyəti və İrsi Fondunun TurkDiscovery YouTube platforması maarifləndirici fəaliyyətini davam etdirir. Fondun maarifləndirici missiyası çərçivəsində hazırlanan “Əbədiyyətin Nişanələri: Türk Dünyası Rəmzlərdə” sənədli filminin Qazaxıstanın damğa irsinə həsr olunmuş növbəti bölümü artıq yayımdadır.

 “Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, layihənin əsas məqsədi Türk dünyasının müxtəlif bölgələrində qorunub saxlanılan qayaüstü rəsmlər, tayfa damğaları və qədim runik yazılar vasitəsilə ortaq tarixi yaddaşı və mədəni bağlılığı nümayiş etdirməkdir. Filmin bu bölümü diqqəti minilliklər boyu köçəri sivilizasiyanın mühüm mərkəzlərindən biri olmuş Qazaxıstanın zəngin tarixi irsinə yönəldir.

Sarıarqa, Üstürt, Altay və Tyan-Şan bölgələrinin qədim izlərini araşdıran ekran əsərində Qazax xalqının ənənələrində qorunub saxlanılan 200-dən çox tayfa damğasının tarixi və mənası haqqında məlumat verilir. Məişət əşyalarından silahlara, qəbirüstü abidələrdən otlaq ərazilərinə qədər müxtəlif yerlərdə rast gəlinən bu işarələr qədim tayfaların kimliyini, mənsubiyyətini və dünyagörüşünü əks etdirən mühüm tarixi nişanələrdir.

“Əbədiyyətin Nişanələri: Türk Dünyası Rəmzlərdə” sənədli filminin yeni bölümü Böyük Çölün daş yaddaşında qorunan tarixi izləri, qədim türk xalqlarının ortaq mədəni irsini və bu günədək yaşadılan ənənələri daha yaxından tanımaq imkanı yaradır.

Böyük Çölün minillik rəmzlər dünyasına səyahət etmək və tarixin gizli səhifələrini kəşf etmək üçün videonu izləməyə dəvət edirik.

 

Bölümü izləmək üçün: 

https://www.youtube.com/watch?v=1zM62E0mAJI&t=6s

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2026)

 

 

 





 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.