Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini ilə görüşüb Featured

28 oktyabr 2026-cı il tarixində Ankarada Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova Türkiyə Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Serdar Çam ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, görüş zamanı Fond ilə Türkiyənin müvafiq qurumları arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub. Türk xalqlarının ortaq mədəni irsinin qorunması, öyrənilməsi və təbliği, eləcə də bu sahədə birgə layihələrin həyata keçirilməsi məsələlərinə diqqət yetirilib.

Tərəflər mədəni irs nümunələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə, tarixi abidələrin qorunması və bərpası, muzeylər arasında əməkdaşlıq, mədəni irsin rəqəmsallaşdırılması, elmi araşdırmalar və birgə nəşrlər sahəsində görülən işlər barədə fikir mübadiləsi aparıblar.

Söhbət zamanı, həmçinin türk xalqlarının folklorunun, musiqi irsinin və ənənələrinin yaşadılması, ortaq mədəni dəyərlərin gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən təşəbbüslər nəzərdən keçirilib. 2027-ci il üçün nəzərdə tutulan birgə layihələr və gələcək əməkdaşlıq imkanları da müzakirə olunub.

Türk Mədəniyyəti və İrsi Fondunun  prezidenti professor Aktotı Raimkulova Türkiyənin müvafiq qurumları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, ortaq mədəni irsin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyini qeyd edib.

Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ilə başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(29.10.2026)


 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.