Bu gün Türk Mədəniyyəti və İrsi Fondunun təsis edilməsindən 14 il ötür Featured

Bu gün – avqustun 23-də Türk Mədəniyyəti və İrsi Fondunun təsis edilməsindən 14 il ötür. Bu münasibətlə Fond öz sosial media hesablarında paylaşım edib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, paylaşımda yazılır:

 

“Bu gün Türk Mədəniyyəti və İrsi Fondunun təsis edilməsindən 14 il ötür. 14 il ərzində Fond türk xalqlarının zəngin mədəni irsinin qorunması və təbliği, ortaq dəyərlərin gələcək nəsillərə ötürülməsi, türk dünyasının mədəni əlaqələrinin inkişaf etdirilməsi istiqamətində çoxsaylı layihə və təşəbbüslərə imza atıb.

Bu əlamətdar tarix Fondun keçdiyi yolu, əldə olunan nailiyyətləri və qarşıdakı dövr üçün müəyyənləşdirilən yeni hədəfləri bir daha nəzərdən keçirmək üçün əlamətdar gündür.

14 il – ortaq irs, ortaq dəyərlər və vahid mədəni yaddaş naminə.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.