Türk dünyasının ədəbi irsi ilə bağlı görüş keçirilib Featured

18 avqust 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında təşkilatın prezidenti, professor Aktotı Raimkulova Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, görüş zamanı türk xalqlarının zəngin ədəbi və mədəni irsinin qorunması, öyrənilməsi və təbliği, eləcə də türk dünyasının ortaq mənəvi dəyərlərinin beynəlxalq səviyyədə tanıdılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Professor Aktotı Raimkulova Fond tərəfindən həyata keçirilən layihə və təşəbbüslər, o cümlədən gənc istedadlı alimlərin, tədqiqatçıların və yazıçıların dəstəklənməsinə, həmçinin türk dünyasında elmi və ədəbi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş fəaliyyətlər barədə məlumat verib.

Tərəflər, həmçinin əməkdaşlığın perspektivlərini və türk xalqlarının zəngin ədəbi irsinin tədqiqi, qorunması və təbliği istiqamətində mümkün birgə layihələri müzakirə ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.