Yaydır və insanlar daha çox dincəlir, əyləncəyə meyl edirlər.
Şimali Kiprin əyləncə və qonaqlama sektorunun aparıcı məkanlarından biri olan Pasha Girne Hotel Casino & Spa yay mövsümünün ən diqqətçəkən konsertlərindən birinə ev sahibliyi etməyə hazırlaşır.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Künye online-yə istinadən məlumat verir.
Güclü səsi, duyğulu ifası və milyonlarla dinlənmə sayı əldə edən mahnıları ilə geniş pərəstişkar auditoriyasına malik Derya Bedavacı avqustun 29-u, şənbə axşamı Pasha Girne Hotel Casino & Spa-da musiqisevərlərlə görüşəcək.
Son illərdə türk musiqisinin ən çox maraq doğuran qadın sənətçilərindən biri olan Derya Bedavacı səhnə performansı və zəngin repertuarı ilə qonaqlara unudulmaz gecə yaşadacaq. Sənətçi “Ama Geçecek”, “Deme”, “Tövbe”, “Sana Çıkıyor Yollar” və digər sevilən əsərlərini səsləndirəcək. Romantik mahnıları ilə yanaşı, ritmik və hərəkətli ifaları ilə də gecə boyu əyləncəni zirvəyə çatdıracaq.
Avqustun 29-u, şənbə axşamı keçiriləcək konsert Şimali Kiprdə istirahət edən qonaqları, eləcə də Derya Bedavacının güclü ifasını canlı dinləmək istəyən musiqisevərləri bir araya gətirəcək.
“Ədəbiyyat və incəsənət”
(18.08.2026)


