Türk Mədəniyyəti və İrsi Fondu ICESCO-nun Strateji Proqnozlaşdırma Bələdçisinin təqdimatında iştirak edib Featured

27 iyul 2026-cı il tarixində ICESCO-nun Bakıdakı Regional Ofisində Süni İntellekt və Strateji Proqnozlaşdırma Mərkəzi (CFAI) tərəfindən təşkil olunan “İslam dünyasını gələcəyə hazırlamaq: Strateji Proqnozlaşdırma Bələdçisinin təqdimatı və təkmilləşdirilməsi” mövzusunda beynəlxalq tədbir öz işinə başlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, tədbirin rəsmi açılışında fəxri qonaq qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova ICESCO rəhbərliyinə və Bakı Regional Ofisinə belə mühüm təşəbbüsün təşkilinə görə təşəkkürünü bildirib. O qeyd edib ki, müasir dövrdə sürətli texnoloji inkişaf, ekoloji çağırışlar və qlobal dəyişikliklər dövlətlər və beynəlxalq təşkilatlar üçün strateji baxışın və uzunmüddətli planlaşdırmanın əhəmiyyətini daha da artırır. Bu baxımdan təqdim olunan Strateji Proqnozlaşdırma Bələdçisi gələcəyə davamlı və dayanıqlı yanaşmanın formalaşdırılmasına mühüm töhfə verəcək.

Rəsmi açılış mərasimində eləcə də ICESCO-nun Baş direktoru Dr. Salim AlMalik (onlayn),  ICESCO-nun Bakı Regional Ofisinin direktoru Dr. Abdulhakeem Alsenan, “Policy Center for the New South” təşkilatının baş eksperti Dr. Nouzha Chekrouni, ICESCO-nun Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq Şöbəsinin rəhbəri Anar Kərimov və ICESCO-nun Süni İntellekt və Strateji Proqnozlaşdırma Mərkəzinin direktoru Dr. Kais Hammami çıxış ediblər.

Tədbirdə həmçinin Strateji Proqnozlaşdırma Bələdçisinin rəsmi təqdimatı keçirilib.

Tədbir işini yüksək səviyyəli dəyirmi masa, strateji bələdçinin tənzimlənməsi üzrə sessiyalar və praktiki seminar-məşğələlərlə davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(27.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.