Nigar Nurulla Xəlilova,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
“Ədəbiyyat və incəsənət”
Mətni rus dilindən Əlviz Əliyev tərcümə etmişdir.
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində Çağdaş türk dünyası yazarlarından danışırıq. Bu gün sıra qazax yazarı Baxıtxoca Rustemovdadır.
Baxıtxoca Rustemovun yaradıcılığı özündə heyrətamiz taleləri, insanları, onların daxili zənginliyini, yüksək mənəvi keyfiyyətlərini özündə əxz edir, onun çoxşaxəli yaradıcılığı hətta Qazaxıstanın hüdudlarından kənarda da bütün dünyanı, bütün ölkələri və xalqları əhatə edən dövrümüzün güzgüsünə çevrilib.
Onun yaradıcılığı özündə milli ənənələri, ümumbəşər insani dəyərləri özündə birləşdirir. Onun əsərləri keçmişlə indiki zaman arasında rabitə yaradır, doğma Qazax xalqının mədəni dəyərlərinə hörmət və qayğını özündə əks etdirir. Bu təməl üzərində onun qəhrəmanlarının xüsusiyyətləri, onların dünyagörüşləriformalaşır. Müəllif yalnız ənənəvi həyat tərzini ifadə etməklə qənaətlənməyir, onu həm də müasir məsələlər, mənəviyyat məsələləri, bizi əhatə edən dünyanın və zamanın insanlara təsiri maraqlandırır. Onun poeziyası səhraların küləyindən, qızıl yalmanlı, çapan at ilxısından, üfüqlərə qədər uzanan səmanın ənginliklərindən, atların ayağından qopan odlu qığılcımlardan toxunmuşdur.
O, öz xasiyyətinə görə çox təvazökardır. Amma, onun bir vətəndaş kimi qəhrəmanlığını ürəyinin lap yanından vurulmuş çapıqlar biruzə verir. O, özündən qat-qat üstün olan cinayətkarlarla əlbəyaxa döyüşəndə, cinayətkarlar onu bir başa bıçaqla ürəyindən vurmağa cəhd ediblər. Amma, onlar bu niyyətlərinə nail ola bilməyiblər. Bunu məhkəmə zamanı cinayətkarlar özləri etiraf ediblər.
Bax, belədir yazıçı-qəhrəman Baxıtxoca Rustemov!
Onun sinəsini haqlı olaraq medallar və ordenlər bəzəyir. O, bir çox beynəlxalq sertifikatlarla təltif olunub. Onun həyatı və yaradıcılığı vətəni, xalqı üçün layiqli vətənpərvərlik nümunəsidir. O, dünya səviyyəli ədəbiyyat xadimi, hümanizm ideyalarının tərənnümçüsü kimi, sülhün və xeyirxahlığın daşıyıcısı kimi məşhurdur.
Baxıtxoca Rustemovun qəhrəmanları psixoloji zənginliyə malikdirlər, onlar düşünürlər, tərəddüd edirlər. Bu onları oxuculara daha da yaxınlaşdırır. O, sosial və tarixi özəllikləri insanların şəxsi taleyi nöqteyi nəzərdən ustalıqla əks etdirir, insanın cəmiyyətin keşməkeşlərindəki rolu haqqında dərin məlumat verir.
Müəllif dünya ədəbiyyatı xəzinəsinə böyük töhfələr vermişdir. O, milli hüdudlardan kənarda da mənəvi mübadilənin bir hissəsinə çevrilir. Bu cəhətdən xüsusi ahənglə səslənən "Ədəbi Asiya" layihəsi əsasən diqqəti cəlb edir. Bu layihə nəsillərinvə mədəniyyətlərin yaxınlaşmasına, yaradıcılıq və mədəni ənənələrin mübadiləsinə, insanların qarşılıqlı ünsiyyətinə və sülh və xeyirxahlıq naminə birgə fəaliyyətinə güclü təkan verir. O, görkəmli şair və yazıçı, publisist, ictimai-siyasi xadim, xalq diplomatiyası publisistikasını banisi kimi məşhurdur.
Bunlar hələ Baxıtxoca Rustemovun bütün fəaliyyətini özündə tam əks etdirmir. Onun haqqında saatlarla danışmaq olar.
xuculara Baxıtxoca Rustemovun şair-tərcüməçi Əlviz Əliyevin Azərbaycan dilinə tərcümə etdiyi "Kim dayaq olacaq" şeirini təqdim edirik:
Mənimçün əzizdir cümlə bəşərin
Çırpışan övladı şərlə üz-üzə,
Daim savaşında xeyirlə şərin,
Həyat mübarizə olubdur bizə.
Bir qonşu dünyanı yenidən bölər,
Toxların aclardan nə xəbəri var,
Kasıblar bir ağlar, bir yerdə gülər,
Amma, başqadırlar varlı olanlar.
Kimsə yaşlılara yetirər dəyər,
Yoluna nur salar əlində fənər,
Kimlərsə nəvaziş, hörmət eyləyər,
Yardım çatdırarlar qapıya qədər.
Zavallı zəncilər yağışda, qarda
Küçədə yatırlar o Avropada,
Kömək diləyirlər xəstələr darda,
Bəs bizə nə olub?. Dönmüşük yada.
Fələstinli yenə düşüb didərgin
Bir vaxt yaşadığı ata evindən,
Rus ilə Ukrayna çarpışır gərgin,
Dostluq və qardaşlıq qurtardı nədən?
Soyqırım törədir müsəlmanlara,
Yenə Myanmada hakim olanlar,
Əlbət zalım hara, insanlıq hara,
Dayanmır gözləri qanla dolanlar.
Cəngəllik meşəni yerli tayfası
Qoruyur əlində oxu, kamanı,
Varı ox, nizədir bir də koması,
Bax, budur onların "xoşbəxt" dövranı.
Tonlarla çörəyi ayağı altda
Toxlar tapdalayır, düzə çiləyir,
Belə "möcüzələr" var bu həyatda,
Ac kasıb göylərdən imdad diləyir.
Bütün ərəbləri birgə araya
Yenə də səsləyir müqəddəs Quran,
Bizi məhv edirlər salmadan saya,
Qəddarlar əlinə keçəndən uran.
Kimlər yolumuza işıq salacaq?
Kimlər zəiflərə olacaq həyan?
Kimlər qayğımıza bir gün qalacaq?
Qurtarar bu zülmün caynaqlarından.
Nədəndir laqeydlik sərhəd bilməyir,
Batır dənizlərdə qaçqın düşənlər,
Varlılar köməyə bir an gəlməyir,
Gəmilər limanda salıblar lövbər?
Biz uça bilirik görün bir hara,
Açır qucağını bizə kainat,
Kim dayaq olacaq zavallılara?
Sizdən soruşuram mən, ey camaat!..
“Ədəbiyyat və incəsənət”
(16.06.2026)


