Serhat Kabaklı: "Bakı Türk ədəbiyyatının mərkəzidir" Featured

Nigar Həsənzadə,

"Ədəbiyyat və incəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Türk Edebiyatı Vakfı Yönetim Kurulu Başkanı Serhat Kabaklı Azərbaycana gəlib. O, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkil etdiyi "Ədəbi irsimiz-ədəbi gəncliyimiz" adlı görüşə qatılıb.

 

Sehat Kabaklı çıxışında bildirib ki, Türk ədəbiyyatının mərkəzi Bakıdır: "Dəvət üçün DGTYB-yə rəhbərlik edən Əkbər  Qoşalıya, İntiqam Yaşara təşəkkür edirəm. Mənə görə, Türk ədəbiyyatının mərkəzi Bakıdır. Bakıya gələndə çox məmnunluqla Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın yanına gəlirəm. Bakıdan da tədbir üçün zəng gələndə çox məmnun oluram. Sevə-sevə qarşılayır, tədbirə dəstək oluruq".

Sehat bəy daha sonra bildirib ki, Azərbaycan Türk dövlətlərinin birliyi məsələsində ən vacib ölkədir:

"Çünki biz iki dövlətin dili oğuz türk qrupuna aiddir, ancaq digər türk xalqlarında qıpçaq dil qrupu olduğu üçün bizim üçün onları anlamaq çətindir. Amma Azərbaycan ortada yerləşir. Siz bizdən daha yaxşı anlayırsınız, bu dil qrupunu da. Ümid edirəm ki, bir gün iki dövlət bir millət şüarı digər türk millətlərinə də aid olacaq, hamı bir-birini daha yaxşı anlayacaq".

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.