Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş təqdimat mərasimi keçiriləcək Featured

8 May 2026-cı il tarixində İçərişəhərdə, Şirvanşahlar Sarayında Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə görkəmli memar Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi və Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamları çərçivəsində təntənəli təqdimat mərasimi keçiriləcək.

 Tədbir çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən dünya memarlıq xəzinəsinə misilsiz incilər bəxş etmiş ustad sənətkarın irsini yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədilə nəşr edilmiş "Azərbaycan memarlıq irsinin dühası – 900" kitabının, həmçinin xüsusi olaraq hazırlanmış hədiyyə poçt markalarının rəsmi təqdimatı baş tutacaq.

Təqdim olunan yeni nəşr və poçt markaları memarın 900 illik irsinə ehtiramın göstəricisi olmaqla yanaşı, Azərbaycanın qədim memarlıq ənənələrinin beynəlxalq müstəvidə təbliğinə xidmət edir.

Mərasimdə rəsmi şəxslər, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus nümayəndələri, mədəniyyət və incəsənət xadimlərinin iştirakı gözlənilir.

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.