Türk Mədəniyyəti və İrsi Fondu ilə İslam Sivilizasiyası Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb Featured

 

10 aprel 2026-cı il tarixində Daşkənd şəhərində Əmir Teymurun irsinə həsr olunmuş beynəlxalq elmi konfrans çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu ilə Özbəkistan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılmış İslam Sivilizasiyası Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, sənədi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova və İslam Sivilizasiyası Mərkəzinin direktoru Firdavs Abduxaliqov imzalayıblar.

 

Memorandum türk dünyasının mədəni irsinin və İslam ənənələrinin beynəlxalq səviyyədə təbliği və tanıdılması istiqamətində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Tərəflər birgə mədəni-elmi tədbirlərin, sərgi və forumların təşkili, eləcə də təhsil proqramlarının və elmi tədqiqat təşəbbüslərinin inkişaf etdirilməsi barədə razılığa gəliblər.

Sənəddə, eyni zamanda, ortaq nəşrlərin hazırlanması, qarşılıqlı təcrübə və bilik mübadiləsinin genişləndirilməsi, həmçinin hər iki tərəf üçün maraqlı olan digər sahələrdə əməkdaşlığın reallaşdırılması nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.