Türk Mədəniyyəti və İrsi Fondunun “Əbədiyyətin Nişanələri: Türk Dünyası Rəmzlərdə” sənədli filminin ilk bölümü artıq yayımda Featured

Keçid üçün link: https://www.youtube.com/watch?v=UqdbuKgbFeg

 

Türk xalqlarının mənəvi dünyasını və tarixi vəhdətini özündə əks etdirən TurkDiscovery YouTube platforması maarifləndirici missiyasını YouTube üzərindən genişləndirir. Platforma nəsillərarası körpü rolunu oynayaraq, türk ruhunun əbədi izlərini izləyicilərə təqdim edir.

Türk Mədəniyyəti və İrsi Fondunun maarifləndirici missiyası çərçivəsində ərsəyə gələn “Əbədiyyətin Nişanələri: Türk Dünyası Rəmzlərdə” sənədli filminin ilk bölümü artıq yayımdadır.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, layihənin əsas məqsədi Türk dünyasının geniş coğrafiyasında yer alan petroqliflər, damğalar və runik əlifbalar vasitəsilə Türk dünyasının ortaq tarixi yaddaşını vizuallaşdırmaqdır. Film, minilliklərin nəfəsini qoruyub saxlayan müqəddəs məkanlardan və daşlara həkk olunmuş kimlik izlərindən bəhs edir.

“Əbədiyyətin Nişanələri: Türk Dünyası Rəmzlərdə” sənədli filminin ilk bölümü Azərbaycanın Xəzər sahillərindən Qarabağ düzlərinə qədər uzanan geniş bir coğrafiyada türk izlərinin elmi və mədəni mənzərəsini canlandırır. Müxtəlif qədimi məkanlarda aparılan ekran əsəri, türk xalqlarının ortaq "pasportu" sayılan tamğaların sirrini açır.

Filmdə türk tayfalarının (Kayılı, Əfşar, Səlcuq, Qıpçaq və s.) daş yaddaşına həkk olunmuş nişanələri kimi bir çox mühüm mövzu mütəxəssis rəyləri ilə izah olunur. Bu layihə Azərbaycan ərazisindəki qədim petroqliflərin, kurqanların və daş balbalların Altaydan Anadoluya qədər uzanan böyük Türk dünyasının vahid mədəniyyət kodunun ayrılmaz tərkib hissəsi olduğunu sübut edir.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.