Habil Yaşar,
“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi
Azərbaycanın dəyərli yazıçı, qiraətçi və pedaqoqlarından biri olan Lalə Həsəncan xanımın 24 mart tarixində qardaş Türkiyədə möhtəşəm bir tədbiri keçirəcəkdir. O, tədbirdən öncə bir sıra görüşlərdə iştirak edərək Azərbaycanı layiqincə təmsil etmişdir. Həmin görüşlər barədə ətraflı məlumatla sizləri tanış edəcəyəm.
Lalə Həsəncan “Tek Hedefimiz Eğitim Derneği”nin sədri Mutlu Cem Yıldırımı dərnəyin mərkəzində ziyarət etdi. Bu mühüm görüşdə onu Edebiyat Magazin qəzetinin baş yazarı Güven Albayrak müşayiət etdi.
Ziyarət yalnız nəzakət görüşü deyil, eyni zamanda ədəbiyyatın, mədəniyyətin və ortaq yaddaşın yenidən qurulduğu bir zəmin oldu. Dərnək mərkəzində keçirilən görüşdə Arzu Ünal, Tahsin Kılıç, Ahmet Sabaz, Erdinç Güngör və azərbaycanlı şair Hamid Ahmetzade başda olmaqla bir çox isim iştirak etdi. Xüsusilə Həsəncan ilə Ahmetzade arasında baş tutan söhbət iki qardaş coğrafiyanın duyğu körpüsünü gücləndirən səmimi anlarla yadda qaldı.
Dərnəyin sədri Mutlu Cem Yıldırım dərnəyin vizyonu və təhsil yönümlü fəaliyyətləri haqqında məlumat verərkən, mədəni tədbirlərə verdikləri önəmi xüsusi vurğuladı. Lalə Həsəncana gələcək layihələr üçün açıq dəvət edən Yıldırım, Azərbaycan və Türkiyə arasında qurulacaq hər cür mədəni əməkdaşlıqdan məmnunluq duyacaqlarını ifadə etdi.
Ziyarətdə qəbul edilən ən diqqətçəkən qərarlardan biri isə dərnəyin bir gün əvvəl səhnələnəcək teatr tədbiri ilə 24 martda keçiriləcək şeir gecəsinə tam dəstək verməsi oldu. Bu iki tədbirin ard-arda baş tutacaq olması, sənətin fərqli sahələrinin bir araya gəlməsini təmin edəcək.
Həsəncanın özünəməxsus və zərif geyimi də görüşün estetik tərəfini daha da gücləndirdi. Sənətin yalnız sözlə deyil, duruş və üslubla da özünü göstərdiyini bir daha ortaya qoydu.
24 mart çərşənbə axşamı Altunizade Mədəniyyət Mərkəzində keçiriləcək “Azərbaycan–Türkiyə Şeir Gecəsi” iki ölkənin ortaq ruhunu misralarda bir araya gətirəcək. Türkiyə ilə Azərbaycan arasında qurulan bu ədəbi körpü yalnız bir tədbir deyil, eyni zamanda qəlbdən qəlbə qurulan güclü bir bağ olacaq.
Bu görüş ədəbiyyatın sərhəd tanımayan gücünü bir daha xatırladır: Sözlər həqiqətən qardaşdır.
Güc Birliyi ilə Sənətlə Dolu İki Gün: Çanaqqaladan Şeir Bağına
“81 İl Gönül Elçileri Platformu” və “Tek Hedefimiz Eğitim Derneği” mədəni bir səfərbərlik başladaraq iki böyük tədbirə birgə imza atır. Hər iki platformada da idarəçi kimliyi ilə körpü rolu oynayan Arzu Ünalın təşəbbüsləri ilə dərnəklər bütün üzvləri və idarə heyətləri ilə bu mənalı proqramlarda birlikdə hərəkət etmək qərarı almışdır. Bu həmrəyliyin ilk addımı olaraq, 23 mart bazar ertəsi axşamı saat 20:00-da Altunizade Mədəniyyət Mərkəzində, Bədii rəhbər Gürşan Atik və tələbələrinin hazırladığı “Çanaqqala Dastanı Lirik / Epik Tamaşası” ilə milli ruhumuzu coşduracağıq.
Sürət kəsmədən davam edən bu könül birliyi, növbəti gün – 24 mart çərşənbə axşamı saat 19:00-da yenə eyni ünvanda keçiriləcək “Azərbaycan–Türkiyə Şeir Gecəsi” ilə taclanacaq. YAZAK (Yazarlıq Akademiyası Dərnəyi) əməkdaşlığı və Lalə Həsəncan ilə Şeref Yılmazın təqdimatı ilə baş tutacaq bu gecədə “Bir millət, iki dövlət” ideyası misralara çevriləcək. Hər iki dərnəyin rəhbərliyi bu sənət şöleninə bütün üzvlərini və xalqımızı dəvət edərək, sənətin, tarixin və qardaşlığın birləşdirici çətiri altında bir araya gəlməyə çağırır.
“Ədəbiyyat və incəsənət”
(24.03.2026)


