"Sende gördüğümü görecekler diye ödüm kopuyor" - Özdemir Asaf Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Başlığa çıxardığım cümlə onun çoxsaylı aforizmlərindəndir.

"Bütün renkler aynı hızla kirleniyordu, birinciliği beyaza verdiler" – bu onun növbəti kəlamıdır. Bu isə növbətisi:

"Ne para istiyorum ne de pul. Tek bir istediğim var, o da yalansız bir kul".

 

Seni bulmaktan önce aramak isterim.

Seni sevmekten önce anlamak isterim.

Seni bir yaşam boyu bitirmek değil de,

Sana hep, hep yeniden başlamak isterim

 

Kendimi sileceksem, bilirim sende varım.

Senin ben yarısıyla seni ben tamamlarım.

Seni sende bütünler, sana sende inanır;

Seni sende siler, seni bende yazarım.

 

Türkiyə yazıçısı və şairi Özdemir Asaf 11 iyun 1923-cü ildə Ankara şəhərində doğulub, boya-başa çatıb. Əsl adı Xalid Özdəmir olub. O ilk və orta təhsilini Qalatasaray liseyində alıb. 1942-ci ildə Kabataş oğlanlar liseyindən məzun olub. İstanbul universitetində öncə Hüquq fakültəsində, sonra İqtisad fakültəsində təhsilini davam etdirib.

 Lakin bir sıra səbəblərin ucbatından təhsilini 1947-ci ildə yarımçıq qoyub. O, "Zaman" qəzetində tərcüməçi işləyib. 1951-ci ildə öz məqalələri ilə mətbuat aləminə daxil olub və beləliklə öz şeir kitablarını çap etdirib.

 

Kitabları

1.Sən sən sən

2.Bir qapı önündə

3.Necəsən

4.Mən deyildim

5.Bugün və Bugün

6.Məndən sonra xosbəxtlik

 

Özdemir Asaf 28 yanvar 1981-ci il də İstanbul şəhərində vəfat edib. Ruhu şad olsun.

 

“Ədəbiyyat və incəsənət”

(28.01.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.