“Mən səni görməmişəm” – Azərbaycana müraciət Featured

Cahangir Namazov, “Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi

 

Bu dəfə azərbaycanlı oxuculara müsahibə deyil, yazdığım bir şeiri təqdim edirəm. Bu şeir mənim Azərbaycana olan sevgimi özündə əks etdirir. Əminəm ki, onu bəyənəcəksiniz.

 

 

"MƏN SƏNI GÖRMƏMIŞƏM"...

(Azərbaycana)

 

Mən səni görməmişəm.

Amma içimdə bir yurd var —

adı çəkiləndə ürəyim göynəyir.

Bu ağrı deyil —

bu, uzun bir həsrətdir.

Sanki qəlbimin

xəritəsinə

sığmayan böyük bir Vətən var.

Dalğalansın daim bayrağın,

bahar bağlarını tərk etməsin heç vaxt…

Səni darıxdığım anlarda

uçan zaman belə dayanır.

Günlər işıqsız, gecələr necə də qaranlıq

mənzil isə uzaqdır,

çox-çox uzaq…

Sənin üçün darıxmaq gecə vaxtı —

buz kimi su içib,

içindən yanmağa bənzəyir.

Dodaqlarım susur,

amma ürəyim qışqırır.

Bu qışqırıq — bəlkə də

heç eşidilməz,

amma əsla adamı sağ buraxmaz.

Mən səni sevirəm,

amma bu sevgi

şeirə sığmır.

O, qanımda axır,

hər damarımda

sənin adın döyünür.

Ona görə mən diriyəm,

ona görə yaşayaram

Ey Azərbaycan,

sən mənim arzum deyilsən,

arzumun fövqündəsən.

Arzular gerçəkləşər.

Sən isə —

gerçəkləşməyən,

amma tərk də edilməyən

bir talesən.

Dağlarını görməyən gözlərim

içimdəki ucalıqdan hönkür-hönkür ağlayır.

Dənizini görməyən könlüm

dalğalarını öz yatağına

sığdıra bilmir.

Bu nə haldır —

insan görmədiyi bir yerə

bu qədər sevgi bəsləsin?

Mən səndə olmamışam.

Amma içimdə bir səs var:

“Ora sənindir”.

Bu səs mənə aid deyil.

Bu —

sevginin çağırışıdı, sadəcə.

Əgər bir gün yollar məni sənə aparsa,

məni qonaq adlandırma.

Qonaq ürəklə gəlməz.

Mən isə

bütün varlığımla

gəlirəm.

                 (10.01.2026)

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.