ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin Türk Mədəniyyəti və İrsi Fonduna ziyarəti, Əməkdaşlıq Memorandumunun imzalanması gözlənilir.
9 dekabr, 2025-ci il saat: 09:00-da Türk Mədəniyyəti və İrsi Fondunun Mənzil qərargahına ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik rəsmi səfər edəcək. Ziyarət çərçivəsində mədəni irsin qorunması, elmi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı institusional dəstəyin inkişafına dair ikitərəfli görüş keçiriləcək.
Görüş zamanı türk-islam mədəni irsinin beynəlxalq səviyyədə təbliğini və tərəflər arasında strateji tərəfdaşlığın gücləndirilməsini nəzərdə tutan Əməkdaşlıq Memorandumu imzalanacaq. Həmçinin, çağdaş qlobal problemlərin mədəni irsə təsirləri, mədəni irsin qorunması üçün effektiv beynəlxalq mexanizmlərin gücləndirilməsi və nominasiya sənədlərinin hazırlanmasının aktuallığı müzakirə olunacaq.
Görüşdə Fond və ICESCO arasında əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də mədəni irsin beynəlxalq platformalarda birgə təşviqi istiqamətində fikir mübadiləsi aparılacaq. Ziyarət proqramı bədii hissə ilə müşayiət olunacaq.
“Ədəbiyyat və incəsənət”
(09.12.2025)


