Özbəkistandan şeirlər – Fəridə Əfruz, “Səni unutmağım üçün...” Featured

 

Cahangir Namazov, “Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi

 

Fəridə Əfruz şairə, tərcüməçidir. ÖzbəkistanRespublikasının Əməkdarmədəniyyətişçisi,ÖzbəkistanYazarlarBirliyisədrininmüavinidir. Onun iki şeirini azərbaycanlı oxucular üçün tərcümə etdim.

 

 

Səni unutmağım üçün

 

Səni unutmağım üçün

Gözümü unutmalıyam,

Sözümü, özümü unutmalıyam.

Çayın kənarında dayanmamalı,

Dalğaları gözləməməli,

Ayı qucaqlamamalıyam...

 

Unutsam,

Baharda çiçəyi,

Yayda yağışı,

Payızda xəzəli,

Qışda qarı,

Qar üstündə

basılmış izləri unutmalıyam...

 

Səni unutmağım üçün

Saçlarımı oxşayan küləyi,

Dodaqlara toxunan barmağı,

Gözləri dörd olan cığırı unutmalıyam...

 

Unutsam,

İtdən vəfanı,

Bülbüldən nəvanı,

Ağrını, titrəyişi, iniltini,

Cəfanı unutmalıyam...

 

Səni unutmağım üçün

Zülmü, zalımı,

Zənciri unutmalıyam.

Sinəmə sancılan xəncəri ,

Həsrəti unutmalıyam.

 

Unutsam,

Üsyanı, imkanı,

Qulluğu,

Göydə ay kimi tənliyi unutmalıyam...

 

 

***

 

Günlər də əziz nemət,

Qar əriyib bitməkdə.

Gəlsə bahar – əmanət,

Keçsə ömür – getməkdə ,

Gəl, ey mənim mənsizim.

 

Səbir  alma çiçəklər,

Pişsə, dilini yarar.

Daş qəlbə yol tapınca,

Alınlar da qanayar,

Gəl, ey mənim mənsizim.

 

Bu necə qərib bazar,

Bağlıdı yolum yox.

Ağlayarsam  çıxar can,

Çağırmaya dilim yox ,

 Gəl, ey mənim mənsizim.

 

Hər sübh yenə çiçək açar,

Şimşək vurmuş xatirəm.

Adı var, özü yoxdur,

Nağıldakı bahadırım,

Gəl, ey mənim mənsizim.

 

Dünya özü su çarxı,

Tanısa ,özündən donar da.

Səni verib Xudayım,

Alsa, canım alar da .

Gəl, ey mənim mənsizim.

 

“Ədəbiyyat və incəsənət”

(03.12.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.