İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Rəşad Nuri Güntəkin!
Böyük türk yazıçısı.
Cəmi bir romanla – “Çalı quşu” ilə adını tarixə yazdıran azman sənətkar!
O, 25 noyabr 1889-cu ildə İstanbulda ordu zabiti Nuri bəy ilə Ərzurum valisi Yavər Paşanın qızı Lütfiyyə xanımın ailəsində anadan olub. İlk təhsilini Çanaqqala orta məktəbində alan Güntəkin daha sonra təhsilini İzmirdəki Frerler məktəbində davam etdirib. 1912-ci ildə isə İstanbul Universitetinin Ədəbiyyat fakültəsini bitirib.
Güntəkin 1927-ci ilə qədər Sultanisi, İstanbul Beşiktaş İttihad və Tərəqqi Məktəbi, Fatih Vəqfi Kəbir Məktəbi, Ağşəmsəddin Məktəbi, Fənəryolu Muradı Hamis Məktəbi, Osman Qazi Paşa Məktəbi, Vəfa Sultanisi, İstanbul oğlanlar litseyi, Çamlıca qızlar litseyi, Kabataş oğlanlar litseyi, Qalatasaray Litseyi və Ərənköy qızlar litseyində fransız və türk dillərindən dərs deyib.
1927-ci ildə maarif müfəttişi vəzifəsinə təyin olunub və bu zamanda Dil Heyəti ilə birgə bəzi çalışmalarda iştirak edib. 1939-cu ildə Çanaqqaladan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilib. 1946-cı ilə qədər millət vəkili olub. 1947-ci ildə Cümhuriyyət Xalq Partiyasının Ankarada çap olunan "Ulus" qəzetinin İstanbul qolu olan "Məmləkət" qəzetini nəşr etdirib. Sonra yenidən müfəttiş kimi çalışıb və 1950-ci ildə UNESCOnun Türkiyə təmsilçisi və tələbə müfəttişi olaraq Parisə gedib.
1954-cü ildə isə yaşı səbəbindən bu vəzifədən istefa verməli olub. Bundan sonra bir müddət İstanbul Şəhər Teatrlarının ədəbi şurasında fəaliyyət göstərib. Ağciyər xərçəngi diaqnozu qoyulduqdan sonra yazıçı müalicə olunmaq üçün Londona yollanıb və orada vəfat edib. R. N. Güntəkin 1956-cı il dekabr ayının 13-də Qaracamaat qəbristanlığında dəfn edilir.
Romanları
Çalıquşu
Gizli əl
Damğa
Dodaqdan qəlbə
Axşam günəşi
Teatr tamaşaları
- Xəncər
- Köhnə yuxu
- Ümidin günəşi
- Gazeteci Düşmanı, Şəmsiyə oğrusu, İhtiyar Serseri
- Daş parçası
Səyahətnamələri
Anadolu Notları
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.11.2025)


