Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Ədəbiyyat Fondunun “Ədəbiyyat və incəsənət” portalında yayımlanan Türk dünyası məşhurları layihəsində bügünkü təqdimat Batı xan barədədir.
Batı xan XIII əsrdə yaşamış, Böyük Monqol imperiyasının qərb hissəsində — Qızıl Orda dövlətinin banisi və ilk hökmdarı olmuşgörkəmli türk sərkərdəsi və dövlət xadimidir. O, eyni zamanda, Çingiz xanın nəvəsi, Cuçi xanın oğludur. Tarixdə Batı xan həmmüdrik idarəçilik qabiliyyəti, həm də Avrasiya məkanında türk-islam mədəniyyətinin formalaşmasında oynadığı rolu ilə seçilir.
Xan 1207-ci ildə dünyaya gəlmişdir. Uşaqlıqdan hərbi sənət və dövlət idarəçiliyi üzrə yetişdirilmişdi. Atası Cuçi hələ sağ ikən onu Qərb yürüşlərinə hazırlamışdı. 1236–1242-ci illərdə baş vermiş məşhur Avropa yürüşü məhz Batı xanın rəhbərliyi altında həyata keçirilmişdir. Onun ordusu əvvəlcə Volqa bulqarlarını, daha sonrarus knyazlıqlarını, Polşanı və Macarıstanı fəth etmiş, nəticədə Monqol imperiyasının qərb sərhədləri Dunay çayına qədərgenişlənmişdi.
1241-ci ildə Macarıstan səfəri zamanı Batı xanın ordusu Avropaordularını sarsıdıcı məğlubiyyətə uğratmış, bu hadisə Avropatarixində "Tatar istilası" kimi yadda qalmışdır. Lakin o, Avropanı tam işğal etmək niyyətində olmasına baxmayaraq, Monqol imperatoru Ögedayın ölüm xəbərinə görə geri dönmüşdür.
O, geri döndükdən sonra Volqa çayı sahilində Saray şəhərinisalmış və burada Qızıl Orda dövlətinin əsasını qoymuşdur. Onunhakimiyyəti dövründə dövlət təkcə hərbi güc baxımından deyil, həm də iqtisadi və mədəni baxımdan inkişaf etmişdi. Ticarətyollarının təhlükəsizliyi təmin edilmiş, Volqa–Xəzər–Qara dəniz bölgəsi beynəlxalq ticarət mərkəzinə çevrilmişdi.
Onun siyasəti həm də tolerantlıq üzərində qurulmuşdu. O, öz dövlətində müxtəlif xalqlara və dinlərə hörmətlə yanaşır, xüsusən müsəlman tacirləri və alimləri himayə edirdi. Bu siyasət nəticəsində türk-islam mədəniyyəti Qızıl Orda ərazisində möhkəmlənmiş, sonrakı əsrlərdə türk dövlətçiliyinin və dilinin əsas formalaşma mərhələlərindən biri yaranmışdı.
Tarixçilər Batı xanı yalnız bir fateh kimi deyil, həm də uzaqgörən dövlət qurucusu kimi dəyərləndirirlər. Onun yaratdığı Qızıl Orda dövləti üç əsrdən çox yaşamış və türk xalqlarının siyasi-mədəni inkişafında mühüm rol oynamışdır.
Batı xan təxminən 1255-ci ildə vəfat etmişdir. Onun ölümü ilə Qızıl Orda taxtında bir sıra varislik mübahisələri başlasa da, o, türk və dünya tarixində ədalətli, ağıllı və uzaqgörən bir hökmdar kimi qalmaqda davam edir.
“Ədəbiyyat və incəsənət”
(28.10.2025)


