Türkiyə və Azərbaycan qadın yazarlarının ortaq antologiyası Türkiyədə işıq üzü görüb

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Türkiyədə yeni işıq üzü görən “Hazardan Akdeniz’e” adlı antologiya Türk və Azərbaycan qadın yazarlarını bir araya gətirərək iki qardaş ölkənin ədəbi əlaqələrində yeni səhifə açıb. Nəşrdə hər iki ölkədən tanınmış qadın müəlliflərin qələmə aldıqları hekayələr və şeirlər toplanıb.

Antologiyanın redaktorları Aysel Nəsirzadə (Azərbaycan) və Ayşə Ay (Türkiyə) bildiriblər ki, layihənin əsas məqsədi qadın yazarların səsini daha geniş auditoriyaya çatdırmaq və ədəbiyyat vasitəsilə mədəni körpüləri möhkəmləndirməkdir.

“Hazardan Akdeniz’e” qadın sözünün gücünü, yaradıcı enerjisini və iki xalqın ortaq mədəni dəyərlərini birləşdirən mühüm nəşr kimi dəyərləndirilir. Antologiya həm ədəbi mühitdə, həm də oxucular arasında böyük maraqla qarşılanıb.

Qeyd edək ki, “Hazardan Akdeniz’e” layihəsi Azərbaycanda fəaliyyət göstərən “Zərif Kölgələr” ədəbi saytı ilə Türkiyədə yayımlanan və Türk dünyasının səsinə çevrilməyi hədəfləyən “Güftə Edebiyat” dərgisinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.