Diaspor rəhbəri Fəxri Fərmanla təltif edilib

 

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Qırğız dili Günü münasibətilə dövlət dilinin dəstəklənməsi və inkişafına həsr olunan tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə Qırğız Respublikasının Prezidentinin yanında Dövlət dili və dil siyasəti üzrə Milli Komissiyanın sədri Melis Murataliev Qırğız Respublikası Azərbaycanlıları “Birlik” İctimai Birliyinin sədri Xansıvar Baxşəliyevi Qırğız dilinin inkişafı və təbliğinə verdiyi mühüm töhfəyə görə Fəxri Fərmanla təltif edib. Bu mükafat ölkədə yaşayan Azərbaycan icmasının dövlət dilinə hörmət və ehtiramın, onun qorunması və genişlənməsi istiqamətində göstərdiyi səylərin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.